Kia şirkəti bu gün qapılarını media nümayəndələrinin üzünə açmış 88-ci Cenevrə avtosalonunda Ceed Sportwagon universalının yeni nəslini təqdim edib. Universal 600 litrlik baqaj bölümünə sahib olubdur. Bu onun sələfində olduğundan 72 litr çoxdur.

Kia Ceed Sportwagon universalı koreya istehsalçısının K2 platformasında inşa edilibdir. Yeni universalın qabarit uzunluğu 4600 millimetr, eni - 1800 millimetr, hündürlüyü isə 1465 millimetrdir. Beləliklə, yeni model sələfindən 95 millimetr uzun, 20 millimetr enli və 20 millimetr alçaqdır. Modelin təkər bazası dəyişilməz qalıb – 2650 millimetr. Yeni model tamamilə müstəqil asqı sisteminə sahib olub.

Ceed modelinin mühərrik çeşidinə 120 at qüvvəli 1,0-litrlik üç silindrli mühərrik, 140 at qüvvəli 1,4-litrlik turbomühərrik, həmçinin 115 və 136 at qüvvəli variantlarda təklif ediləcək 1,6-litrlik dizel aqreqatı daxil edilib. Güc aqreqatları mexaniki transmissiya ilə tandemdə çalışacaqdırlar. Turbomühərrik və dizel aqreqatını yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə də sifariş etmək olar.

Yeni universalın təchizatına beş, yeddi və ya səkkiz düymlük displeyi olan multimedia sistemi, alın şüşəsinin qızdırılması, işıqdiodlarından optika, JBL audiosistemi və idarəetmə elektronikasının rejimərinin dəyişdirilməsi sistemi daxil edilib. Model həmçinin avtomatik uzaq işıqlara, zolaqda saxlama funksiyasına, sürücünün əhval-ruhiyyəsinə nəzarət sisteminə, qəzaları önləyən sistemə və piyadalı aşkar edən adaptiv kruiz-kontrol sisteminə sahib olub.

Yeni modelin istehsalına avqust ayında koreya markasının Slovakiyanın Jilin şəhərindəki zavodunda başlanacaqdır. Modelin Avropadakı satışlarına bu ilin dördüncü rübündə start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt