Porsche şirkəti Cenevrə avtosalonuna Mission E Cross Turismo adlı elektrik konseptini gətirib. Konsept tamamilə elektriklə işləyən güc qurğusu ilə təchiz edilib.

Konseptin güc aqreqatının hasilatı 600 at qüvvəsi təşkil edir. Porsche Mission E Cross Turismo 100 km/saat sürətini 3,5 saniyədən az vaxta toplayır.

200 km/saat həddinə sürətlənməyə konsept 12 saniyə sərf edir. Elektrokrossoverin yürüş ehtiyatı 500 kilometrdən çoxdur. Uzunluğu 4,95 metr təşkil edən konseptual krossoverin batareyasını iki üsulla – yeyin doldurma stansiyasından və induksiya metodu ilə doldurmaq mümkündür. 15 dəqiqəlik yükləmə yürüş ehtiyatını 400 kilometrə qədər artırmağa imkan verir.

Porsche Mission E Cross Turismo prototipinin təchizatına dönən arxa oturacaqlar və klirensi 50 millimetr artıran pnevmatik asqı daxildir.

Konseptin salonunda üç sensorlu ekran quraşdırılıb ki, onlardan biri də cihazlar panelini əvəz edir.

Bundan başqa, mərkəzi konsolda sensorlu düşmələri olan klimat-kontrol sisteminin iri paneli yerləşdirilib. Prototip dörd fərdi oturacağa malikdir. Konsept sürücünün baxışına nəzarət sistemini əldə edib ki, bu sistem də salon güzgüsündə quraşdırılan kamera sayəsində çalışır.

O, sürücünün baxışlarının istiqamətini müəyyən edərək müvafiq cihazları işıqlandırır, cihazlar panelindəki müəyyən məlumatları böyüdüb-kiçildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt