Porsche şirkəti Frankfurt avtosalonunda yeni nəsil Cayenne krossoverinin Turbo modifikasiyasını təqdim edib. Model öz sinifində üç rejimli aktiv arxa antiqanada sahib olan ilk ofroder olub.

Aerodinamik element tam şəkildə yığışdırıla, arxa ox zonasında əlavə yerəbasma gücünü hasil etmək üçün nəzərdə tutulan vəziyyətə qaldırıla və yaxud aerodinamik əyləc vəziyyətinə gətirilə bilər.  Sonuncu halda antiqanad, 250 km/saat sürətində əyləcləmə zamanı, durma məsafəsini iki metr qısaltmağa yardım edir. Porsche Cayenne Turbo modeli, blok aşırımında yerləşdirilmiş iki turbokompressoru olan 4,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Mühərrik 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edir ki, bu da əvvəlkindən 30 at qüvvəsi və 20 Nm çoxdur. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə krossoveri 286 km/saat həddinə kimi sürətləndirir.

100 km/saat həddini toplamağa bu tandemə 4,1 saniyə (opsional Sport Chrono dəsti ilə 3,9 saniyə) kifayət edir. 

Porsche Cayenne Turbo modeli üçkameralı pnevmatik asqı, aktiv amortizatorlar, volfram karbidi ilə  örtülmüş əyləc mexanizmləri, 48-voltluq şəbəkədən qidalanan aktiv köndələn dayanıqlılıq stabilizatorları, dartma vektoruna nəzarət sistemi, 21-düymlük təkər diskləri, 710 vattlıq Bose səs sistemi, 18 istiqamətdə tənzimləməsi olan ön oturacaqlar və qismən rəqəmsal cihazlar paneli ilə təchiz edilir. Opsional olaraq karbon-saxsıdan hazırlanmış əyləc mexanizmlərini sifariş etmək olar.

İlk avtomobillər dilerlərin şourumlarında bu ilin sonunda nümayiş etdirilməlidir. Almaniyada krossover 138850 avrodan başlayan qiymətlərlə satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt