Porsche şirkəti Frankfurtda keçirilən sərgidə puristlər üçün hazırlanmış 911 sportkarını təqdim edib. Porsche 911 GT3 Touring Package adını almış sportkar faktiki olaraq mexaniki ötürmələr qutusu və tənzimlənən arxa spoylerə malik olan GT3 modelidir.

Alman istehsalçısının nümayəndələri sportkarın "təmkinli xarici görünüşə və klassik sürüş üslubuna malik olan" avtomobil həvəskarlarına ünvanlandığını bildiriblər. Bu o deməkdir ki, avtomobil 911 R modelinin idelogiyasına uyğun düzəldilib, lakin, istehsal ediləcək nüsxələrə heç bir məhdudiyyət qoyulmayıb. Arxadan çəkişli kupe 911 RSR və 911 GT3 Cup modellərindən tanış olan 4,0-litrlik atmosfer mühərriki və qısa gedişli altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilib. Sportkar aşağı pillələrə ötürmə zamanı avtomatik akselerasiya funksiyasına da malikdir. Güc aqreqatı 500 at qüvvəsi və 460 Nm fırlanma anı hasil edir. Onun qırmızı zonası isə 9000 dövr/dəqiqədən başlayır.

Sportkar 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir və 316 km/saat maksimal sürətə malikdir.

Porsche 911 GT Touring Package yüksək sürtünməli arxa differensiala, tam idarələnən şassiyə, fırlanma anının avtomatik bölüşdürülməsi (PTV) sisteminə, karbon-saxsı əyləclərə və Henrinin qalxanı adlandırılan xüsusi aerodinamik elementi olan aktiv spoylerə və 20-düymlük təkər disklərinə sahib olub. Bundan əlavə, avtomobil üçün Clubsport dəstini də sifariş etmək olar.

Bu dəstin tərkibinə təhlükəsizlik karkası və altı nöqtəli təhlükəsizlik kəməri olan sürücü oturacağı daxildir. Həmçinin modeli, GT3 üçün nəzərdə tutulmuş istənilən opsiyalar dəsti ilə təchiz etmək mümkündür. Modelin standart təchizatına Porsche Track Precision App əlavəsi də daxil edilmişdir ki, bu əlavənin köməyi ilə hər bir yürüşün parametrlərinin ətraflı şəkildə smartfonda təhlil etmək olar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt