Renault şirkəti Frankfurt avtosalonuna Symbioz konseptini gətirib. Yardıcılarının fikrincə, konsept mənzil interyerinin davamı olmalıdır. Ağıllı ev sisteminə birləşdirilmiş prototip avtopilot və elektrik güc qurğusu ilə təchiz edilib.

Symbioz modelinin xüsusiyyətlərindən biri, insanın tələbatlarını təxmin edən süni intellekt və ağıllı şəbəkənin köməyi ilə, avtomobil və ev arasında enerji mübadiləsinin təşkilidir.  Misal üçün, avtomobil pik saatlarında öz güc aqreqatındakı enerjini evin işıqlandırmasına, ekranların və məişət texnikasının işləməsinə yönəldə bilər. Yəni, avtomobil fövqəladə hallarda ehtiyat enerji mənbəyi kimi çıxış edəcəkdir.

Evdən kənarda prototip avtopilot vasitəsi ilə idarə olunur: birinci və ikinci cərgənin oturacaqları bir-birinə tərəf çevrilir, multimedia sistemi isə avtomatik olaraq sərnişinlərin zövqünə uyğunlaşır. İlin sonunda fransız istehsalçısı Symbioz konseptində debüt etmiş texnologiyaların tətbiq edildiyi daha bir konsepti nümayiş etdirəcəkdir. Bu avtomobil, Renault şirkətinin model xəttinin, 2023-cü ilə qədər hansı istiqamətdə inkişaf edəcəyini göstərəcəkdir.

Eyni zamanda prototip, avtomobilin tənzimləmələrini konkret insanın tələbatlarına uyğunlaşdıran texnologiyaları da nümayiş etdirəcəkdir.

Həmin avtomobil, 680 at qüvvəsi və 660 Nm fırlanma anı hasil edən, 72 kilovat-saatlıq batareyalardan qidalanan güc qurğusuna malik olacaqdır.

100 km/saat sürətini toplamağa avtomobilə altı saniyə gərək olacaqdır.

Renault Symbioz modelinin yaradılmasında LG (interfeyslərin hazırlanması), Ubisoft (virtual reallıq texnologiyaları), Devialet (səs sistemləri), IAV (avtonom idaretmə) və TomTom şirkətləri (geoməlumatlar) iştirak ediblər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt