Dacia şirkəti rəsmi olaraq yeni nəsil Duster modelini təqdim edib. Bizim bazarda avtomobil daha çox Renault Duster kimi tanınır. Avtomobilin kütləvi nümayişi Frankfurtda keçirilən avtosalonda baş tutub.

Avtomobilin ön hissəsi, işıq texnikası və arxa hissəsi yeni dizayna malik olub. Ofroderin ön dayaqları 100 millimetr irəli çəkilib. Artıq Duster 17-düymlük təkər diskləri ilə təchiz edilir. Bundan başqa, krossover bortkompyüterin iri displeyi olan cihazlar panelinə, yeni ön panelə, sükan çarxına, multimedia sisteminin dəyişdirilmiş ekranı yerləşdirilən mərkəzi konsola və havalandırma sisteminin yeni blokuna sahib olub. Eyni zamanda, Dacia Duster yeni ön oturacaqlar ilə təchiz edilib.

Avtomobilın avadanlıq siyahısı da genişlənib. Yeni Duster  dairəvi görüntü sistemi, kor zonalara nəzarət sistemi, yan təhlükəsizlik pərdələri, avtomatik iqlım sistemi, açarsız giriş və mühərrikin düymə ilə işə salınması, həmçinin avtomatik uzaq işıqlarla öyünə bilər.  Texniki cəhətdən avtomobil dəyişməyib. Avropada krossover 115 at qüvvəli 1,6-litrlik atmosfer və 125 at qüvvəli 1,2-litrlik turbomühərrik, həmçinin 90 və 110 at qüvvəli 1,5-litrlik dizel mühərrikləri ilə təklif ediləcəkdir.

Duster modelinin platforması da dəyişməz qalıb.  Modelin əsasını Renault-Nissan alyansının B0 platforması təşkil edir. Öndən çəkişli avtomobillərdə arxa asqı yarımüstəqil, tam çəkişli modifikasiyada  isə tam müstəqildır 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt