Maserati şirkəti GranCabrio üslubunda tərtibata malik olan dəbdəbəli qayığı satmağa başlayıb. Belə bir mülki qayıq ilk dəfədir ki, Maserati brendini daşıyır. Artıq qayığa sifarişlər qəbul edilir - ilkin hesablamalara görə, onun qiyməti 2,6 milyon dollar təşkil edir.

Rəsmi şəkillərdə gəmi GranCabrio kabrioletinin yanında çəkilib və hər iki nəqliyyat vasitəsi eyni çəhrayı qızılı rəngə boyanıb. Qayığın inşasında Maserati avtomobillərində istifadə olunan eyni premium tərtibat materiallarından istifadə olunacaq.

Maserati qayığının uzunluğunun 10,5 metrə çatdığı və onun səkkiz nəfər üçün nəzərdə tutulduğu məlumdur. Arxa tərəfdə çimərlik platforması və vanna otağı olan kayuta var. Xarici panellər karbondan hazırlanıb, kapitan kreslosu premium dəri ilə üzlənib, idarəetmə postunda qayığın əsas parametrlərini əks etdirən böyük sensorlu ekran var.

Dəbdəbəli qayıq 252 kilovat-saatlıq batareyadan qidalanan və ümumi gücü 600 at qüvvəsi olan elektrik mühərrikləri ilə hərəkətə gəlir. Qayığın dinamik xüsusiyyətləri də açıqlanıb: kreyser sürəti 46 km/saat, maksimal sürət isə, 74 km/saatdır.

Dolu batareya ilə qayıq təxminən 70 kilometr üzə bilir. Bu isə, onun ilk növbədə çay və sahil gəzintiləri üçün nəzərdə tutulduğunu göstərir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maserati qayıqlarının yığılması Amerikanın Hodgdon Yachts tərsanəsində təşkil olunub. Bir nüsxənin istehsalı təxminən doqquz ay çəkir.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.