Land Rover şirkəti Cenevrədə Avstriyanın Qırmızı Xaç cəmiyyəti üçün hazırladığı Discovery ofroderinin xüsusi modifikasiyasını təqdim etmişdir. Project Hero adlandırılmış avtomobilin əsas xüsusiyyətlərindən biri onun damında quraşdırılmış drondur.

Dron vasitəsi ilə hündürlükdən hadisənin təfərrüatları barədə görüntü almaq və qəza zonasını uzaq məsafədən təhlil etmək imkanı mövcuddur. Dron aktiv maqnit və xüsusi mərkəzləşdirmə sistemi ilə təchiz edilmişdir ki, bu da onun hərəkət halında olan avtomobilin damına oturmağa yardım edir. Kvadrokopterdən alınan görüntü ani olaraq birbaşa efirdə xilasedici komandalara ötürülür ki, bu da hadisə yerindəki vəziyyətə operativ olaraq müdaxilə edilməsini təmin edir.

Drondan başqa, avtomobil əlavə avadanlığın bərkidilməsi üçün nöqtələri olan xüsusi paneli, xüsusi işıqdiodlarından fənərləri, müxtəlif regionlar üçün nəzərdə tutlmuş rozetkaları, yüksəktezlikli radioqəbuledicini və əlavə iş yerini təşkil edən baqajdakı hərəkət edən döşəməni əldə etmişdir. Avtomobil 3,0-litrlik dizel mühərriki ilə hərəkətə gəlir. yun ayından başlayaraq xüsusi ofroder Qırmızı Xaç cəmiyyətinin Ersberqdəki təlim mərkəzində  olacaqdır.

Drondan təlimlər zamanı istifadə ediləcək, ofroder isə təbii fəlakət baş verərsə real tədbirlərdə birbaşa iştirak edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt