McLaren Automotive şirkəti Cenevrə avtosalonunda 650S modelini əvəzləmiş 720S superkarını təqdim etmişdi. Karbon monokokunda yığılmış, alüminium kuzov panellərinə malik olan avtomobil tamamilə yeni modeldir və onun dizayn elementlərindən heç bir modeldə istifadə edilməmişdir.

Arxadan çəkişli avtomobil 720 at qüvvəsi və 770 Nm fırlanma anı olan 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərriklə hərəkətə gəlir. Bu mühərrik əvvəlki 3,8-litrlik mühərrikin bazasında yaradılsa da, 41 faiz yeni detallara malikdir.

Güc aqreqatı yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə birgə çalışır. Yerindən 100 km/saat həddinə kimi kupe 2,9 saniyəyə, 200 km/saata - 7,8 saniyəyə, 300 km/saat həddinə isə 21,4 saniyəyə sürətlənir. 402 metrəlik dreq məsafəsini qət etməyə superkara 10,3 saniyə yetərlidir.

Avtomobilin maksimal sürəti 341 km/saatdır. 200 km/saat və 100 km/saat sürətindən tam dayanmaq üçün 720S modelinə müvafiq olaraq 4,6 və 2,8 saniyə kifayətdir.

Superkar 1283 kiloqram çəkiyə malikdir ki, bu da sələfinin çəkisindən 18 kiloqram azdır. Kupe hər beş millisaniyə ərzində yol şəraitinə uyğunlaşan və tənzimləmələri dəyişən aktiv adaptiv asma, həmçinin sürücüyə təhlükəli yerində dönmə olmadan lazım olan sürüşmə bucağını saxlamağa yardım edən xüsusi drift rejimi ilə təchiz edilir.

Avtomobilin interyerinin ən maraqlı cəhəti qatlanan cihazlar panelidir. Cihazlar paneli iki displeydən ibarətdir ki, onların ən irisində avtomobil haqqında tam məlumat, kiçik ölçülüsündə isə məlumat qısaldılmış formada əks etdirilir. İlkin olaraq xüsusi «start» modifkasiyasında olan superkarlar buraxılacaqdır. Cəmi 400 ədəd superkar istehsal ediləcəkdir ki, onların da hər biri artıq satılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt