Audi şirkəti bu günlərdə işinə başlayacaq beynəlxalq Paris avtomobil sərgisində nümayiş etdirəcəyi yeni nəsil Q5 krossoveri ətrafında marağı artırmaq üçün yeni videoçarx yayınlamışdır. Bu videçarxdan yeni krossoverin pnevmatik asqı sistemini əldə edəcəyi məlum olur.

Xatırladaq ki, Audi Q5 krossoverinin carı nəslinin avadanlıq siyahısında pnevmatik asqı daxil edilməmişdir. Alman istehsalçısının bildirdiyinə görə, yeni texnologiya krossoverin rəvan gedişini təmin etməklə yanaşı onun ofrod xarakteristikalarını da artıracaqdır. Bununla belə, Audi şirkəti yeni sistemin texniki cəhətləri barədə məlumat verməkdən imtina etmışdir. Çox güman ki, Audi Q5 modelinin pnevmatik asqısı bayraqdar modeli olan Q7 krossoverində quraşdırılmış asqının bənzəri olacaqdır.

Bildiyimiz kimi, bayraqdar krossoverdə asqı sistemi beş rejimdə çalışır: Standart, Allroad (+25 mm), Off-road/lift (+60 mm), Dynamic (-15 mm) və yükləmə (arxa oxun 55 mm aşağı salınması). İkinci nəsil Audi Q5 modeli MLB Evo modul platformasında yığılmışdır.

Yeni nəsil krossover sələfinə nisbətən daha iri və daha yüngül olacaqdır. Avtomobilin salonu böyümüş təkər bazası sayəsində sərnişinlərini daha çox məkan rvə ahatlıqla təmin edəcəkdir.