Bu gün Nürburqrinq avtodromunda keçirilən ilk təsnifat mərhləsinin qalibi Audi komandasının çempion pilotu Rene Rast olub. Alman pilot sırlama sessiyasının son saniyələrində Mercedes komandasının pilotu Qəri Paffetti pouldan edib.

Sıralama sessiyasının son dəqiqələrində Qəri Paffett üstünlüyü ələ alsa da, Rene Rast onu 0,028 saniyə üstəylərək poula sahib olub. Beləliklə bu günki yarışı ilk cərgədən bu iki pilot başlayacaqdır.

Növbəti sırada yarışı başlayacaq pilotlar Bruno Spenqler (BMW) və Lukas Auer (Mercedes) olacaqdırlar.Üçüncü sıra isə tamamilə Bavariya komandasının pilotlarından ibarətdir - Marko Vittmann beşinci, Filipp Enq isə altıncı nəticəni göstəriblər.

Dördüncü sıradan Mercedes komandasının üzvləri Daniel Hunkadella və Pol di Resta start alacaqdırlar. İlk onluğu  Paskal Verlyayn (Mercedes) və Auqusto Farfus (BMW) tamamlayıb.