Ferrari şirkətinin model xəttində yeni hibrid peyda olub. Zahiri cəhətdən SF90 Stradale modelinə oxşayan 296 GTB berlinettası italyan markasının V6 mühərriki olan ilk yol avtomobilidir. Bu günə qədər altısilindrli Ferrari mühərriki təkcə formula avtomobillərinddə, sportprototiplərdə və digər brendlərin istehsal etdiyi avtomobillərddə quraşdırılırdı. Yeni model 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 330 km/saatlıq maksimal sürət həddinə malikdir.

Ferrari 296 GTB

Ferrari şirkəti ikiyerli berlinettanı "inqilabi" adlanfırır, çünki yeni model italyan markası üçün yeni bir seqmenti açır. Super avtomobilin adında mühərrikin iş həcminin ilk rəqəmləri (2992 kub santimetr), silindr sayı və mövqeləndirməsi - gündəlik istismar rahatlığı ilə idarəetmədən alınan həzz, - şifrələnib. GTB qısaltması ümumiyyətlə Ferrari tərəfindən sürətli və güclü, eyni zamanda uzun səyahətlər etməyə imkan verən avtomobillər üçün istifadə olunub.

Ferrari 296 GTB Assetto Fiorano

296 GTB Ferrari yol avtomobilləri arasında V6 mühərrikinin quraşdırıldığı ilk avtomobildir. Mühərrik sıfırdan hazırlanıb, həcmi üç litrdir, blokun aşınmasında quraşdırılan turbokompressorlara (Hot-V sxemi) malikdir və 663 at qüvvəsi hasil edir. Bundan əlavə, 167 at qüvvəli MGU-K elektrik mühərriki daxili yanma mühərriki ilə səkkiz pilləli "robotun" arasında yerləşdirilib. Hibrid qurğunun ümumi hasilatı 830 at qüvvəsi və 740 Nm fırlanma anıdır.

Ferrari 296 GTB

Elektrik mühərriki 7.45 kilovat-saatlıq batareyadan qidalanır. Döşəmədə yerləşən batareya 80 hücrədən ibarətdir, güc strukturunu və soyutma konturunu bir blokda birləşdirir və buna görə də. SF90 Stradale modelində olduğundan daha kompaktdır. Berlinettanı şəbəkədən doldurmaq və eManettino düyməsindən istifadə edərək güc qurğusunun dörd iş rejimindən birini seçmək olar - tamamilə elektrikli eDrive rejimindən (25 kilometr məsafədə) başlamış, yüksək məhsuldarlıqlı Qualify rejiminə qədər. Sonuncu rejimdə batareya geri aldığından daha çox enerjini ötürür.

Ferrari 296 GTB modelinin 3,0-litrlik V6 mühərriki

Ferrari 296 GTB 100 km/saat həddinə 2,9, 200 km/saat həddinə isə 7,3 saniyəyə sürətlənir. Berlinetta sənayedə ilk dəfə olaraq altımövqeli Chassis Dynamic Sensor vericisindən istifadə edir ki, bu da yeni ABS sistemi ilə birlikdə təkərlərin səhtlə ilişməsinin qiymətləndirilməsini yaxşılaşdırır və sürətləndirir (bəzi hallarda 35%), habelə əyləc məsafələrini qısaldır. Beləliklə, 200 km/saati ilə hərəkət edən avtomobilə tam dayanmaq üçün 107 metr lazımdır. 296 GTB modelinin ən yüksək sürəti 330 km/saatdır. Superkar Fiorano trekindəki dövrəni 1 dəqiqə 21 saniyəyə başa vurur ki. Bu da SF90 modelində olduğundan iki saniyə daha yavaşdır.

Ferrari 296 GTB

Kupenin aerodinamik dizaynı yeni səviyyəyə qaldırılıb və burada aktiv elementlərindən ilk dəfə olaraq hava müqavimətini azaltmaq üçün deyil, yerəbasma gücünü artırmaq üçün istifadə edilir. Berlinettanın qaldırılan spoyleri LaFerrari üslubunda hazırlanıb və 250 km/saat sürətində 360 kiloqrama bərabər olan yerəbasma gücü yaradır (opsional Assetto Fiorano paketi ilə). Superkarın əyləcləri SF90 modelində olduğu kimi, birbaşa supportlarda qəliblənmiş xüsusi kanallar vasitəsilə soyudulur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Superkarın kokpiti SF90 modelindəki ideyaları inkişaf etdirir və uyğunluq prinsipinə, yəni onun ayrı-ayrı elementlərinin qarşılıqlı əlaqəsinə əsaslanır. Məsələn, sönmüş vəziyyətdə paneldəki bütün ekranlar tamamilə qara olur, proyeksiya ekranı bahalı dəridən hazırlanmış üzlüyün içərisində gizlədilib, dinamiklərin barmaqlıqları metaldan deyil, əksinə ön panelin rənginə uyğun olan termoplastikdən hazırlanır.

Ferrari 296 GTB modelinin başlanğıc qiyməti 269.000 avrodur. Tərkibinə trek üçün tənzimlənmiş Multimac amortizatorları, əlavə 10 kiloqram yerəbasma gücü hasil edən elementləri olan ön bamper, karbondan hazırlanış eksteryer və interyer elementləri və Lexan polikarbonatından hazırlanmış arxa ekranı olan Assetto Fiorano dəstinin sifariş edilməsi halında qiymət 302.000 avroya yüksəlir.