Bu günlərdə İnternet şəbəkəsində maraqlı bir videoçarx peyda olub. Görüntülərdə Ferrari Roma superkarının dar küçədə sıxışıb qaldığı göstərilir. Hadisənin İtaliyada baş verdiyi bildirilsə də, bu küçənin hansı şəhərdə olduğu açıqlanmayıb.

Görünən odur ki, avtomobilin sahibi küçənin daraldığını hesaba almayıb və nəticədə Ferrari küçədə sıxışıb qalıb. Yerli sakinlərdən biri avtomobil sahibinə yardım etməyə cəhd göstərsə də, digər tərəfdən qaçaraq gələn qadın əl hərəkəti ilə avtomobil sahibinin ağıldan kəm olduğunu bildirib və geriyə hərəkət etməyi tələb edib.

Hadisənin nə ilə nəticələndiyi məlum deyil. Amma yeganə məlum olan superkarın lak-boya səthinin zədələnməsinin qaçınılmaz olduğudur.