Fiat şirkəti Argo hetçbekinin bazasında yaradılan Cronos sedanını təqdim edib. Cənubi Amerikada satıacaq sedan iki avtomobili - Grand Siena və Linea modellərini əvəz edəcəkdir. Fiat şirkəti, 2018-ci ilin birinci rübündə satışa çıxarılacaq avtomobilin iki fotoşəklini dərc etməklə kifayətlənib.

Argo və Cronos modellərinin ön panelləri tamamilə eynidirlər. Bununla bərabər, sedan genişləndirilmiş təkər bazası, həmçinin ön bamper və radiator barmaqlığının tərtibatı ilə seçilir. Şəkillərdə təsvir edilmiş avtomobil ən bahalı Precision təchizat səviyyəsinə malikdir. Sedan 1,3 və 1,8-litrlik atmosfer mühərrikləri ilə təchiz edilir. Hər iki güc aqreqatı standart olaraq mexaniki ötürmələr qutusu ilə təklif edilir.

Bundan başqa, 1,3-litrlik mühərrik sadə robotlaşdırılmış, 1,8-litrlik mühərrik isə, altı pilləli avtomatik ötürmələr qutusu ilə də təchiz edilə bilərlər.

Fiat Argo hetçbeki Braziliyada istehsal olunsa da, Cronos sedanının buraxılışı Argentinada həyata keçiriləcəkdir və oradan Latın Amerikasının bütün iri bazarlarına çatdırılacaqdır.