2020-ci ilin avqust ayında Filippinin hökumət orqanları nadir tapılan McLaren 620R superkarını müsadirə etmişdi. Müsadirəyə səbəb, idxalçının gömrük rüsumlarından yayınmaq üçün, superkarı Porsche Cayman kimi rəsmiləşdirməsi olmuşdu. Filippin hökuməti vergidən yayınanlara qarşı çox sərt tədbirləri ilə məşhurdur və bu səbəbdən də, unikal superkar digər bahalı avtomobillər ilə birlikdə məhv edilib. Bu prosesin təsvir olunduğu şəkillər ölkənin Gömrük İdarəsi tərəfindən Facebook sosial şəbəkəsində dərc edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sosial şəbəkələrdə dərc edilmiş məlumatlara əsasən, avtomobillər qeyri-qanuni yollarla 2018-2020-ci illər arasında ölkəyə gətirilib. McLaren 620R modeli ilə birlikdə məhv edilmiş avtomobillər arasında 2007-ci ilin Bentley Continental Flying Spur sedanı, Porsche 911 C3S sportkarı, Hyundai Genesis, Toyota Solara və digər bahalı nəqliyyat vasitələri də olub.