Ford şirkəti Avropada satılacaq Focus Active hetçbek və universalını təqdim edib. Modellər asqının xüsusi tənzimləmələrinə, dartma qüvvəsinə nəzarət sisteminin xüsusi rejimlərinə, genişləndirilmiş avadanlıq və elektrik yardımçılar siyahısına sahib olub.

Yolsuzluq üçün nəzərdə tutulan Focus hetçbek və universalı janrın ənənələrinə uyğun olaraq kuzovun plastikdən hazırlanmış müdafiə qurşağına malik olub. Hər iki model arxa çoxqollu müstəqil asqıya, xüsusi yaylara, amortizatorlara və köndələn dayanıqlılıq stabilizatorlarına sahib olublar. Avtomobillər öndə 30, arxada isə 34 millimter artırılmış klirensə malikdirlər.

Drive Mode sisteminin selektoru iki yeni rejimə malik olub. Bunlar, təkərin həddən ziyadə yerində fırlanmasına imkan yaradan Slippery, həmçinin təkərlərə daha çox fırlanma anı ötürülən və ABS sisteminin reaksiyasını bir qədər zəiflədən Trail rejimidir.

Ford Focus Active modellərinin mühərrik çeşidinə 85,100 və 125 at qüvvəsi hasil edən 1,0-litrlik üçsilindrli aqreqatlar, həmçinin 150 və 182 at qüvvəsi hasil edən 1,5-litrlik mühərrik daxildir. Dizel aqreqatları 95 at qüvvəli 1,5-litrlik,həmçinin 125 və 150 at qüvvəli 2,0-litrlik mühərriklər ilə təmsil ediliblər. Güc aqreqatları alti pilləli mexaniki ötürmələr qutusu və adaptiv ötürmə funksiyasına malik olan səkkiz diapazonlu avtomatik qutu ilə təchiz edilə bilərlər.

Focus Active modellərinin təchizatına Apple CarPlay tətbiqini, Wi-Fi rabitəsini dəstəkləyən və səslə idarə edilən SYNC 3 multimedia kompleksi, B&O səs sistemi, indyksiyon doldurma sistemi daxil edilib. Elektron yardımçılar siyahısında adaptiv ön fənərlər, yol nişanlarını tanıma  və tam dayanma funksiyası olan aktiv kruiz-kontrol, həmçinin aktiv manevr etmə zamanı yardım sistemi mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt