Ford şirkəti Çin bazarında satılacaq yeni nəsil Explorer təqdim edib. Yeni model Changan və Ford şirkətlərinin Çindəki birgə müəssisəsində istehsalı olunacaqdır. Çində satılacaq krossover ABŞ və Avropa üçün nəzərdə tutulmuş modifikasiyadan kuzovun ön tərəfinin dizaynı, salondakı şaquli planşet və mühərrik çeşidi ilə fərqlənəcəkdir.

Çin üçün nəzərdə tutulan Ford Explorer modeli ilə ABŞ-da satılandan Versiya arasındakı əsas fərq, başqa radiator barmaqlığı və bamperlərdir. Salonda 10,1-düymlük planşet əvəzinə 12,8-düymlük şaquli ekranı olan yeni multimedia sistemi quraşdırılıb. Əsas funksiyaların idarə edilməsinin bu ekranda cəmləşdiyi üçün, fiziki düymələrin sayı minimuma endirilib.

Yerli medianın verdiyi məlumata görə, Explorer modelinin baza mühərriki təxminən 220 at qüvvəsinə malik olan 2,0-litrlik EcoBoost "turbodördlüyü" olacaqdır. Bundan əlavə, krossoverin mühərrik çeşidində ABŞ-da olduğu kimi 2,3-litrlik turbomühərriki də olacaqdır. Lakin, bu mühərrik 304 at qüvvəsi əvəzinə 276 at qüvvəsi hasil edəcəkdir.

Çindəki bütün krossoverlər yalnız tam ötürmə və 10 diapazonlu avtomatik transmissiya ilə təklif ediləcəkdirlər. Explorer modelinin satışlarına iyun ayında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Bildiyimiz kimi, yeni Ford Explorer Avropada qoşulan hibrid güc qurğusu ilə təklif edilir. Hibrid qurğununun tərkibinə 350 at qüvvəli 3,0-litrlik mühərrik, 100 at qüvvəli elektrik mühərriki, 13,1 kilovat-saatlıq litium-ion güc batareyası və 10 diapazonlu avtomat daxildir. Qurğunun ümumi hasilatı 450 at qüvvəsi və 840 Nm fırlanma anı təşkil edir. Ford Explorer Hybrid modelinin orta yanacaq sərfiyyatı 100 kilometrə 3,4 litr, zərərli maddələrin səviyyəsi isə, hər kilometrə 78 qramdır. Elektrik ötürməsi ilə krossover 40 kilometr qət etmək iqtidarındadır.