Dünən Ford şirkəti Mustang kupesinin üslubunda dizayna malik olan elektrik krossoverinin adını açıqlayıb. Yaxın günlərdə debüt edəcək elektrik krossoveri Ford Mustang Mach E adını alıb. Beləliklə, yeni krossoveri Ford Mustang kupesi ilə nəinki dizayn üslubu, həmçinin adı da bağlayır.

Ford şirkətinin mətbuat xidmətinin dərc etdiyi açıqlamanın mürəkkəbi qurumamış, İnternet şəbəkəsində yeni krossoverin şəkilləri peyda olub. 17 noyabr tarixində təqim ediləcək krossover haqqında bəzi məlumatlar da bəlli olub. Məsələn, krossoverin Select adlı əlçatan versiyasının qiyməti 43.895 ABŞ dolları olacaqdır. Məhdud sayda buraxılacaq First Edition versiyası üçün isə 59.900 dollar tələb olunur. Bu pula Grabber Blue Metallic eksklyuziv rəngi də daxil olmaq üç kuzov rəngindən birini seçmək imkanı veriləcəkdir. Bundan başqa, “İlk nəşrin” salonu xüsusi tərtibata, alüminium pedallar və qırmızı rəngli supportlara sahib olacaqdır. Ford Mustang Mach E modelinin top variantı olacaq GT modifikasiyası 60.500 dollara satılacaqdır.

Məlum olduğu kimi, elektrik krossoveri beş təchizat səviyyəsində təklif ediləcəkdir.  Versiyalarda ikisi bir və tam ötürməni təmin edən iki mühərriklə, bir modifikasiya yalnız arxa ötürmə ilə, ən bahalı versiyalar isə tam ötürmə ilə təklif ediləcəkdirlər. Yeganə elektrik mühərriki ilə təchiz edilmiş versiya 255 at qüvvəsinə və 415 Nm fırlanma anına malik olacaqdır. İkimühərrikli krossoverin fırlanma anı 578 Nm təşkil edəcəkdir. Mustang Mach E modeli 60 mil/saat (97 km/saat) həddini toplamağa 6 saniyə sərf edəcəkdir. Mustang Mach E GT isə bu işə 3 saniyədən bir az artıq vaxt sərf edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qeyd etmək lazımdır ki, elektrik krossoveri özünəməxsus interyer dizaynına sahib olub. Burada nazik formalı rəqəmsal cihazlar panelini və multimedia sisteminin iri “planşetini” görmək olar. İlk avtomobillər yerli dilerlərə 2020-ci ilin sonunda çatdırılmalıdır. Yüksək tutumlu batareyaya və arxa ötürməyə malik olan krossover 480 km, tam ötürməli variant isə 370 km qət etmək imkanına malik olacaqdır.