Ford şirkətinin Rumıniya ofisi özünün Facebook səhifəsində yeni Kuga krossoverinin tizerini dərc edib. İlkin məlumata görə, dördüncü nəsil Focus modeli ilə eyni platformada inşa edilən krossoverin debütü 2 apreldə baş tutmalıdır.

Yeni Ford Kuga modelinin əsasını ilk dəfə dördüncü nəsil Focus modelində debüt etmiş C2 qlobal platforması təşkil edəcəkdir.  Burulmaya qarşı sərtliyi 20% artırılmış platforma, müstəqil arxa asqısı olan arxa ramaltı və azaldılmış səs-vibrasiya səviyyəsi ilə seçilir. Krossoverin dizaynı Focus modelini təkrarlayacaqdır. Bunlara misal olaraq, radiator barmaqlığını, fənərləri və baqaj qapağındakı Kuga yazısını göstərmək olar.   

Image alt Image alt Image alt Image alt