Gələn həftə Çində keçiriləcək mərhələ çərçivəsində Formula 1 rəhbərliyi dünya çempionatının Aksel adını almış talismanını təqdim edəcək. Bu barədə xəbəri Motorsport Week saytı yayıb.

Talismanın təqdimatı 13-15 aprel tarixlərində Şanxayda keçiriləcək F1 Live festivalı çərçivəsində baş tutacaqdır. Tədbirə musiqili proqram, Renault və Pirelli şirkətlərinin şou-rumları və F1 eSports virtual seriyası daxildir.

Açılış mərasimində Ceki Stüard və Niko Rosberq iştirak edəcəkdir.

Bununla belə, Formula 1 rəhbərliyi Aksel talismanının görkəmini hələlik sirr olaraq saxlayır.