Bu barədə rusiyalı sürücü özünün Facebook sosial şəbəkəsindəki səhifəsində bildirib. Xatırladaq ki, Sergey Sirotkin keçən il paytaxtımızda keçirilən Azərbaycan Qran Prisində Renault komandasının ehtiyat pilotu kimi iştirak edib.

Sergey Sirotkinlə elə Azərbaycan Qran Prisi keçirilən günlərdə tanış olmuşduq. Rusiyalı pilot, Renault komandasının qonaq evində təşkil edilmiş nahar zamanı, baba və nənəsinin uzun müddət Bakıda yaşadığını, hətta atasının da Bakıda doğulduğunu bildirmişdi. Digər Formula 1 pilotlarından fərli olaraq ünsiyyətə həmişə açıq olan rus pilot, Bakıda özünü doğma vətənində olduğu kimi hiss etdiyni də söyləmişdi. Beləliklə, Formula 1 çempionatında debüt edən ilk həmyerlimizin Sergey Sirotkinin olduğunu söyləyə bilərik.

Sergey Sirotkin Formula 1 çempionatında debüt edənə qədər də uğurlu çıxışları ilə yadda qalıb. 

Sergey Sirotkin azərbaycanlı mətbuat nümayəndələri ilə. Azərbaycan Qran Prisi. Bakı 2017.

SMP Racing komandasının pilotlar proqramının iştirakçısı olan Sergey 2015-ci ildə debüt etdiyi GP2 seriyasında yekunda üçüncü yeri tutub. Bir il sonra Sergey Renault Motorsport ilə müqavilə imzayalaraq fransız komandasının test sürücüsü kimi fəliyyətə başlayıb. Geridə qoyduğumuz mövsümdə rus pilot Renault bolidində dörd sərbəst yürüşdə iştirak edib. 

Bu mövsümün sonunda Pirelli Motorsport komandasının təşkil etdiyi mövsüm sonrası testlərə Sergey Williams komandası ilə birlikdə qatılıb. Bu testlərdə özünü yaxşı tərəfdən göstərməyi bacaran Sirotkin, ingilis komandası ilə müqavilə imzalamağa müvəffəq olub.  O, yeni mövsümdə Lens Stroll ilə birlikdə Qrouvdan olan komandanın rənglərini müdafiə edəcək.