Sergey Sirotkin ilə müqavilə bağlandığını təsdiq edən Williams komandası daha bir elan verib. İngilis komandası polyak pilot Robert Kubitsa ilə müqavilə bağlayıb.

Kubitsa ingilis komandasının ehtiyat pilotunun vəzifələrini icra edəcəkdir. Polyak mühəndislərə avtomobilin təkmilləşdirilməsində yardım göstərəcək və sponsor tədbirlərində Williams komandasını təmsil edəcəkdir.

“Williams komandasına rəsmi ehtiyat və inkişaf pilotu qismində qatılmağıma çox şadam – Kubitsa Williams komandasının mətbuat xidmətinə verdiyi müsahibəsində bildirib. – Mən, əvvəl olduğundan da daha yaxşı fiziki formadayam. Bunun üçün çoxlu çalışmışam və Williams komandasına göstərdikləri inama və təqdim edilmiş şansa görə təşəkkür edirəm. Formula 1-in paddokuna qayıtmağıma məmnun oldum və komandanın bazadakı və trassadakı texniki qərargahı ilə çalışmağı səbirsizliklə gözləyirıəm. FW41 avtomobilinin inkişaf etdirilməsi və yeni mövsümdə komandanın nəticələrinə öz töhfəmi vermək üçün əlimdən gələni edəcəyəm. FW36 və FW40 bolidlərinin sükanı arxasında çıxış etdiyim üçün, mənə komanda ilə çalışmaq və yeni avtomobilin imkanlarını üzə çıxarmaq maraqlı olacaqdır. 

Formula 1 çempionatına qayıtmaq əvvəlki kimi əsas hədəfim olaraq qalır. Artıq bu istiqamətdə vacib adıımı atmışam və səbirsizliklə işlərin başlanmasını gözləyirəm”.

Williams komandasının texniki qərərgahının rəhbəri Pəddi Lou da polyak pilotu salamlayaraq, onun rallidəki qəzadan və altı illik fasilədən sonra Formula 1 avtomobilinin sükanın arxasına qayıtmasını alqışlayıb.

“Hər şeydən öncə, Roberti bu günə əldə etdiyi nailiyyətə görə təbrik etmək istərdim, - Lou bildirib. – Belə zədələrdən sonra bərpa olaraq və əvvəlki fiziki formaya qayıdaraq yenidən Formula 1 avtomobilinin sükanı arxasına keçmək həqiqətən böyük nailiyyətdir.

Bir çoxları bunun mümkün olduğuna inanmırdılar. Robertin öz zəngin yarışçı təcrübəsindən istifadə edərək, komandanın inkişafı üçün texniki töhfəsini verəcəyini gözləyirik. Mən illərdir onun fəaliyyəti heyranlıqla izləyirəm və onunla işləməyə çox şadam”.