Bu gün Alfa Romeo Racing komandası Barselonada yeni avtomobilini təqdim edib. C38 indeksinə sahib olan avtomobil Alfa Romeo üçün ənənəvi olan qırmızı-ağ rənglərə boyanıbdır. Göründüyü kimi, komanda adını Sauber-dən Alfa Romeo Racing-ə dəyişsə də, avtomobilin C indeksinə toxunulmayıb.
Məlumdur ki, bu gün Barselonada Formula 1 çempionatının qış testləri start götürüb. Testlərin başlanmasından öncə Kimi Rəykkonen və Antonio Covinazzi Alfa Romeo C38 modelinin üzərindən örtüyü qaldırıblar. İlk test günü yeni avtomobilin sınaqlarına Kimi Rəykkonen başlayacaqdır.