Motorsport.com nəşri FIA-nın açıq təkərli avtomobillər üzrə texniki direktoru Nikolas Tombazisin bu həftə Formula 1 çempionatında çıxış edən bütün komandaların baş konstruktorları ilə görüşəcəyini vəə yırğalanma problemini müzakirə edəcəyini bildirib.

Xatırlatmaq gərəkdir ki, hələ Kanada Qran Prisinə qədər FIA yeni tələblər olan direktivi dərc edərək, müasir bolidlərin konstruksiyasının xüsusuiyyətləri ucbatından yüksək sürətlərdə yaranan şaquli yırğalanmalara çarə tapmağı tapşırmışdı. Lakin qaydalarda birbaşa düzəlişlər edilmədiyindən komandalar direktivin həyata keçirilməsi üçün cəhd etməyiblər. Yırğalanmadan ən çox əziyyət çəkən Mercedes komandası altlığın əlavə gücləndirilməsini quraşdırsa da, sonradan digər komandalar tərəfindən protest veriləcəyindən ehtiyat edərək onları çıxarıblar.

İndi isə, yeni görüşdə qayradalara ediləcək dəyişikliklərin müzakirə olunacağı bildirilir. Yeni dəyişiklərin bəziləri dərhal qüvvəyə minəcək, digərləri ilə gələn ildən tətbiq ediləcəklər. Nəzərdən keçirilən tədbirlər arasında icazə verilən aerodinamik sxemlərin və asqı arxitekturasının dəyişdirilməsi, hətta kütlə dempferlərinə qoyulan qadağanın götürülməsi də var. Sonuncu, bəlkə də ən maraqlı həlldir. Formula 1-də kütlə dempferləri Renault komandası tərəfindən istifadə edilib və güman edilir ki, məhz belə dempferlərin quraşdırıldığı avtomobil sayəsində Fernando Alonso əfsanəvi Mixael Şumaxerə qalib gələrək iki çempionluq titulunu qazanıb.

Kütlə dempferləri məhz avtomobilin şaquli titrəyişlərinin qarşısını almaq üçün nəzərdə tutulub. Alonsonun idarə etdiyi Renault bolidində onlar yol səthindəki çıxıntıların və bordürlərin yaratdığı sarsıntıları azaltmağa və təkərlərin asfaltla təmasını sabitləşdirməyə kömək edib. Bununla belə, nəzəri olaraq, hazırda qadağan edilmiş bu cihaz avtomobillərdəki istənilən titrəyişlərin, o cümlədən aerodinamik xüsusiyyətlərdən irəli gələn şaquli yırğalanmaların qarşısına ala bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.