Renault şirkətinin icraçı direktoru Fabris Kaboliv jurnalistlərə 50 min insanın Renault 5 E-Tech elektromobilini əvvəlcədən sifariş etdiyini bildirib. İstehsalçı konfiquratoru may ayında işə salmağa söz verib, ilk avtomobillərin müştərilərə tədarükünə isə, sentyabr-oktyabr aylarında başlanmalıdır. Franıszlar problemin sifarişlərin çatışmazlığıda deyil, tələb olunan istehsal gücünə çatmaq və çatdırılma qrafikinə əməl etmək olduğunu bildiriblər.

Renault şirkətinin top menecerləri elektrik hetçbekini Avropada ikinci ən populyar yığcam avtomobil olan Clio modelinin alternativi adlandırırlar. Fransız markası 5 E-Tech modelinin "çoxlu müştəri cəlb edəcəyini" gözləyir. Yeni hetçbekin uğur faktorlarından biri 25 min avro olan cəlbedici başlanğıc qiymətidir. Alıcılara avtomobilin retro üslublunda özünəməxsus dizaynı xoş gəlib.

Renault 5 E-Tech modelinin əsasını Clio və Captur modellərinin inşa edildiyi CMF-B platformasının elektrik versiyası olan AmpR Small platforması təşkil edir. Hetçbek üç güc səviyyədə (95, 120 və ya 150 at qüvvəli) elektrik mühərriklərinə malik olacaq və alıcılara həmçinin iki batareya (40 və ya 52 kilovat-saat) təklif olunacaq. Elektrokarın yürüş ehtiyatı 400 kilometrə çatacaq və "beşlik" 100 kilovatlıq terminallardan sürətli enerji yüklənməsini dəstəkləyəcək.

Renault şirkəti 5 E-Tech seriya elektromobilinin 2021-ci il cəsarətli konseptini 95% təkrarlaması ilə qürur duyur. Satışların başlanğıcında beş rəng təklif olunacaq: parlaq sarı, parlaq yaşıl, tünd göy, ağ mirvari və ulduzlu qara. Üç tərtibat variantı var, modelin top versiyası 1980-ci illərin R5 Turbo ralli avtomobilinin üslubunda tərtibata malik olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.