Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton Ostində keçirilmiş yarışın qalibi olmuşdur.Karyerasında 50-ci qələbəsini əldə edən pilot, beşinci dəfə ABŞ Qran Prisini qazanmışdır. Britaniyalı yaxşı reaksiya sayəsində startı uğurla götürdü və elə ilk döngədən liderliyini qorumağa müvəffəq oldu. Lakin, Niko Rosberqin startı o qədər də uğurlu olmadı – Supersoft təkərlərinə üstünlük vermiş Rikkardo alman pilotu ötərək ikinciliyə yüksəldi.

Arxada isə, tamaşaçılar Hülkenberqlə Bottasın toqquşmasının şahidi oldular – Hülkenberq yarışı tərk etsə də, Bottas pitə yollanaraq zədələnmiş şinlərini dəyişdi və yarışa davam etdi. Öz növbəsində Daniil Kvyat digər Force İndia pilotu Serxio Peresin avtomobilinə arxadan təmas etdi. Bu qəza üzündən rus pilot 10 saniyə cəzası aldı. Birinci dövrədən sonra ilk onluq belə sıralanmışdı: Həmilton Rikkardo, Rəykkonen, Ferstappen, Fettel, Massa, Sayns, Alonso və Qutyerres.

Onuncu dövrədən başlayan ilk pit-stoplardan sonra irəlidəki vəziyyət dəyişilməz qaldı. İlk pit-stopdan sonra Ferstappen tempi yüksətdi və Rəykkonenin müqavimətini qırmağa müvəffəq oldu. Bu pilotlar arasında mübarizə adətən qalma-qal ilə nəticələnsə də, bu dəfə gənc hollandiyalı ötməni ideal şəkildə həyata keçirdi. Bir müddət sonra Maks Rosberqi yaxalasa da Renault mühərrikinin gücü Mercedes bolidini keçməyə imkan vermədi. Bu zaman əyləclərlə problem yaşayan Esteban Qutyerres yarışı tərk etdi. 

Liderlər arasına ən uzun birinci hissəni qət edən pilot Sebastyan Fettel oldu. İkinci hissənin ortalarında daha təzə təkərlərin sayəsində alman pilot Rəykkoneni haqlaya bildi.  27-ci dövrədə Rikkardonun pit-stopundan sonra Ferstappen pitə yollandı və bu komanda üçün gözlənilməz oldu.

Komanda Medium təkərlərini Maksaın avtomobilinə taxdı, amma holland pilot pitdə çoxlu vaxt itirdi. Öz növbəsində Maks pit-stopdan sonra komandadan səhvinə görə üzr istədi – o, sanki mühəndisin onu pitə çağırdığını eşitdiyini bildirdi. Pit-stopdan üç dövrə sonra Ferstappen mexaniki problem üzündən yarışı tərk etməli oldu. Ferstappenin yarışı tərk etməsi virtual təhlükəsizlik avtomobili rejiminin tətbiqinə səbəb oldu və bu Mercedes pilotlarının işinə yaradı. Hər iki pilot pit-stopa yollandı və Rosberq bir müddət bundan əvvəl  ikinci pit-stopunu etmiş Rikkardonu keçərək ikinciliyə yüksəldi.

33-cü dövrədən sonra VSC rejiminə son verildi və ilk onluq belə sıralandı: Həmilton, Rosberq, Rikkardo, Rəykkonen, Fettel, Sayns, Massa, Alonso, Peres və Batton.

39-cu dövrədə Rəykkonenin mühəndisi ona yarışı tərk etməli olduğunu bildirdi – səbəb pis bağlanmış arxa sağ təkər idi. Stüardlar bu halı “pilotun trekə təhlükəli buraxılması” halı kimi qiymətləndirdilər. Bütün podium mövqeləri bölüçdürüldüyündən əsas diqqətlər beşinci yer üstündə Sayns, Massa və Alonso arasında gedən mübarizəyə yönəldi.

Karlos braziliyalının təzyiqdən müdafiə olunduğu üçün, Fernando onları haqlaya bildi. Dörd dövrədən sonra Fernando Massaya hücum etdi və xırda toqquşmadan sonra onu ötdü. Bir müddət sonra ispan pilot həmyerlisini də haqlayaraq keçmiş oldu.

Yarışın sonunda podiumda Həmilton, Rosberq və Rikkardo durmuşdu. Beləliklə, Həmilton Rosberqlə arasında olan fərqi 7 xal azaltmış oldu. Fettel isə günün ən sürətli zamanını göstərməyə müvəffəq oldu və dördüncü olaraq finiş gördü. Formulıa 1 çempionatının növbəti mərhələsi bu həftəsonu Mexikoda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt