Scuderia Ferrari komandasının alman pilotu Sebastyan Fettel onunla Lyuis Həmilton arasında şəxsi zəmində qarşıdurmanın olmadığını söyləyib.

Xatıladaq ki, bu problemlər keçən il Bakıda keçirilən Azərbaycan Qran Prisinin çərçivəsində baş verən toqquşmadan sonra yaranmışdı. 2018-ci ilin mövsümü iki çempionun yeni duelinin başlanğıcı olub. Bu qarşıdurma şənbə günü təsnifatdan sonrakı mətbuat konfransında yenidən alovlanıb: Sebastyan Fettel yarışda Həmiltonun simasındakı gülümsəməni siləcəyini bildirib.

“Biz kifayət qədər yetkin insanlarıq, - Sky Sport F1 Fetteldən sitat gətirib. – Aramızda heç bir problem yoxdur və hətta, hərdən zarafat da edə bilərik. Biz fərqli olsaq da, yarışa olan ehtirasımız bizim ümumi cəhətimizdir. Hər birimiz yarışda əlimizdən gələni etməyə çalışırıq. Bu səbədən də bizim münaqişə etməmiz üçün bir səbəb görmürəm”.