Yeni mövsümdən Formula 1 çempionatı qrid-gölzlərdən imtina edib. Eyni dəyişikliklər həftəsonu çərçivəsində keçiriləcək digər çempionatlarda da baş verəcəkdirlər. Bu barədə Formula 1 çempionatının rəsmi saytında dərc edilib.

«Son il ərzində biz çempionatın aspektlərinə diqqət yetirdik. Bizim bu möhtəşəm idmana olan baxışlarımıza uyğun gəlməsi üçün bu aspektlər yenilənməsi tələb olunur, - Formula 1-in kommersiya direktoru Şon Bratçes bildirib. - Qrid-gölz on illər ərzində Formula 1-in əsas elementlərindən olublar. Lakin, biz bu adətin bizim brendin dəyəri ilə uyğunlaşmadığını və müasir sosial normalara ziddiyət təşkil edir. Bizə elə gəlir ki, belə bir praktika Formula 1 üçün yersizdir və bütün dünya üzrə azarkeşlərə uyğun gəlmir».

Xatırladaq ki, 2015-ci ildə Monako Qran Prisində qızalrı oğlanlarla əvəz etmişdilər və bu ideya qəti etirazlara səbəb olmuşdur.  Dözümlülük üzrə dünya çempionatı (WEC) üç il bundan öncə qızlardan imtina ediblər. Modellərin iştirakı ilə keçirilən tədbiri «bir qədər seksist» və «dəbdən düşümüş» adlandırıblar.

Ən maraqlısı odur ki, çempionat iştirakçılarının əksəriyyəti pit-qızlarından imtina edilməsindən narazı olduğunu bildiriblər. Bunların araında Mercedes komandasının qeyri-rəsmi icraçı direktoru Niki Lauda və Red Bull komandasının idman məsləhətçisi Helmut Marko da vardır.

Üstəlik, Liberty Media F1 azarkeşlərinin də qızları gömək istəmədiyini bildirib. Sual etmək istərdim - siz bunu kimdən nə vaxt soruşdunuz cənablar?