Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton Scuderia Ferrari komandasının pilotu Sebastyan Fettellə Azərbaycan Qran Prisində baş verən insident barədə söhbət ediblər.

Xatırladaq ki, təhlükəsizlik avtomobilinin arxasınca gedən zaman, Fettel Həmiltonu onun reaksiyasını yoxlamaq üçün qəfil əyləcə basdığını düşünərək, onunla bərabərləşmiş və yan tərəfdən zərbə vurmuşdu. Dördqat dünya çempionu belə açıqlama verib: “Bu hadisədən bir müddət keçəndən sonra ona dedim: “Sən hörmətsizlik etmisən və bir daha belə etmə.

Əks təqdirdə bizim aramızda probləmlər olacaq”, - Motorsport.tv-yə müsahibə verən Lyuis Həmilton bildirib. – Mən digər pilotlara qarşı belə hərəkət etməmişəm. Hətta, həmin zaman onun nə fikirləşdiyini belə təssəvvür edə bilmirəm.

Yəqin insanlar müəyyən şüylərə müxtəlif reaksiya verirlər”.