Dördqat dünya çempionu Lyuis Həmilton Instagram sosial şəbəkəsində epik feylə yox verib. O, Nikolya Prost üç il bundan öncə səbabkarı olduğu qəzaya görə tənqid atəşinə tutub.

Britaniyalı Instagram şəbəkəsindəki səhifəsində Prost ilə Nik Haydlfeldin qəzasının videosunu yerləşdirərək növbəti sözləri yazıb: “Mən digər yarışları da izləməyə, Formula E çempionatıdan olan çarxlara tamaşa etməyə çalışıram, və bunu dərc etməliyəm.

Əgər FIA bu pilotu cəzalandırmasa, çox iyrənc hal olacaqdır. Bu mənim gördüyüm ən təhlükəli manevrlədən biridir. Belə pilotaj yolverilməzdir. Ümid edirəm ki, Nik Haydfeldlə hər şey qaydasındadır. Bu barədə ne deyə bilərsiniz?”.

İş orasındadır ki, bu qəza 13 sentyabr 2014-cü ildə Pekində keçirilən ilk Formula E yarışı zamanı baş veribmiş. Sonradan öz səhvini başa düşən Həmilton yazısını silib. Buna baxmayaraq, Nik Haydfeld bu fürsətdən istifadə edərək dördqat dünya çempionu ilə zarafatlaşıb. “Salam Lyuis. İlk öncə narahat olduğuna görə təşəkkür edirəm, - videomüraciətində alman pilot söyləyib. – Bu dəqiqə uğurlu eniş etmişəm. Eniş mənə əbədi təsir bağışladı, çünki üzərindən artıq üç il keçib.

Bildirmək istəyirəm ki, bu müddət ərzində Nikolya ilə birlikdə çoxlu yarışlarımız olub və bizim aramızda heç bir problem olmayıb ... demək olar ki, heç”.