Karlos Sayns, gəzən şaiyələrə baxmayaraq, mövsümün qalan hissəsini Scuderia Toro Rosso komandasında keçirəcəyindən əmindir.

Cümə günü ispan pilotun Renault komandasında Colion Palmeri əvəzləyəcəyi rəsmən açıqlanmışdı. Təsdiqlənmədən öncə gəzən söz-söhbətdə, Karlos fransız komandasında bu mövsümdə debüt edəcəyi və Sinqapur Qran Prisi olunun Scuderia Toro Rosso komandasının tərkibində keçirəcəyi son yarış olacağı bildirilirdi.

"İndi əminliklə deyə bilərəm ki, Toro Rosso da qalacağam. Hər halda mənə belə deyilib, - Autisport nəşri Karlosdan sitat gətirib. - Hətta, əksi baş verərsə, bu barədə bilənlərdən sonuncusu mən olacağam. Qərarları Red Bull və Renault komandasının bossları qəbul edir. Mənim bu presseslə heç bir əlaqəm yoxdur".

FİA-nın keçirdiyi mətbuat konfransında Reanult komandasının rəhbəri Siril Abitbul mpvsümün sonuna kimi komandada dəyişiklik olmayacağından hər kəsi əmin edib: "Reallıq belədir. Biz Karlosu Renault avtomobilinin sükanı arxasında yalnız gələn il Melburnda görə bilərik. Hazırda biz diqqətimizi xallar uğrunda mübarizə üzərində cəmləmişik.

Palmerlə müqaviləmiz ilin sonuna kimi qüvvədədir".