Məşhur italyan jurnalisti və bloggeri Leo Turrini Sinqapur Qran Prisində baş vermiş insidentlə bağlı fikirlərini bildirib. Bu barədə məlumatı Autosport saytı yayıb.

“Sinqapurda baş verənləri üzun uzadı müzakirə etmək olar. Mənim nöqteyi nəzərimdən, bu insidentdə ygünahı olmayan yalnız Kimidır. Əlbəttə ki, onu qəzadan sonra idarəetməni itirdiyinə görə ittiham etməsələr, - Turrini öz bloqonda yazıb. – Həmçinin, Fettel və Ferstappen arasındakı məsuliyyəti bölüşdürmək çətindir. Sebin digər istiqamətə getməməli olduğunu deyə bilmərəm – o pouldan start almışdı və mövqeyini müdafiə edirdi. Bəli, bəlkə də o bir qədər ehtiyatlı olmalı idi. Lakin, sonradan fikir yürütmək asandır. Mən həmçinin Ferstappenin də yol verməli olduğunu söyləyə bilmərəm. Əvvəl-axır o pilotdur, taksi sürücüsü deyil.

Lakin, onun Fettelin ünvanına söylədiyi sözlər məni hiddətləndirib. Əlbəttə, o istedadlı uşaqdır, amma ağlı çatmır. Xeyir ola, birdən birə o, titula namizəd olan pilotun necə hərəkət etməsi barədə mülahizə yürüdür?

Vəziyyət mürəkkbdir və burada bir fikir ola bilməz. Sözssüz ki, baş verənlər Ferrari azarkeşləri üçün güclü zərbə oldu. Lyuis isə əla hədiyyə aldı və indi tam şəkildə ləzzətini çıxarır. Etiraf edirəm ki, ola bilsin, bununla Ferrari üçün çempionatdakı mübarizə sona çatıb. Lakin, hər gecədən sonra sabah açılır”.