Sinqapur Qran Prisi çərçivəsində Maks Ferstappen və Daniel Rikkardo əvvəlcə durian meyvəsini kəsmək, sonra isə yemək tapşırığını alıblar. Bu hadisəni Red Bull komandası lentə alıb. Aşağıdakı videoda bu cəhdə tamaşa edə bilərsiniz.

Ekzotik meyvə sayılan durian Asiyanın cənub-şərqində bitir və “meyvələrin padşahı” sayılır. Meyvə iti tikanlarla örtülmüşdür və onu yarmaq elə də asan deyildir. Bu məqsəd üçün pilotların sərəncamına bir neçə alət verilibmiş. Onların arasında rezin çəkic və səsli cücə oyuncağı da vardı. Rikkardo ilk tapşırığı tez yerinə yetirib, Maks isə qeyri-ənənəvi yollara əl atıb.

“Əgər onu güclə tullasan o parcalanacaqdır”, - Maks bildirib. Lakin, prosesə qoşulan Rikkardonun sayəsində meyvəni parçalamaq mümkün olub.

Qeyd etmək lazımdır ki, durian xeyirli olsa və əla dadsa da, lakin çox iyrənc iyə malikdir.