Scuderia Ferrari komandasının təqdimatından iki saat sonra McLaren komandasının Uokinqdəki bazasında MCL32 indeksini almış yeni bolid təqdim edilmişdir. Britaniya kollektivinin təqdimat mərasimi ən gözlənilən mərasimlərdən biri olmuşdur, desək yanılmarıq.

McLaren bolidinə olan marağı uzun müddətdir ki gəzən şaiyələr sayəsində artmışdır. Mövsüm öncəsində Uokinqdən olan komandanın «döyüş» rənglərini dəyişəcəyi barədə söz-söhbət səngimək bilmirdi. Livreyanın dəyişilməsi son 20 ildə bu sahədə baş verən ən ciddi dəyişikliklərdən biri olmalı idi. Son həftə ərzində yeni bolidin rəng sxemini əks etdirən bir sıra renderlərin dərc edilməsinə baxmayaraq, komanda sirrini son ana qədər qorumaq əzmində idi. Artıq qətiyyətlə demək olar ki, Uokinqdən olan komanda tarixi narıncı rənginə qayıtmışdır.

Avtomobilin texniki xüsusiyyətlərinə gəldikdə isə, ön antiqanadın bərkitmə nöqtəsində olan maraqlı quruluşunu qeyd etmək olar. 

Bundan başqa, arxa antiqanadda olan çəpərcikləri, həmçinin deflektorların dizaynını göstərmək olar. Digər avtomobillərdə olduğu kimi McLaren MCL32 bolidi də «akula üzgəcinə» və burun hissəsinin çıxıntısına malikdir. Son beş ildə Uokinq komandası yalnız bir dəfə podiumda finiş görmüşdür. Son iki mövsümü komanda altıncı və doqquzuncu yerdə tamamlamışdır. 2017-ci ildə McLaren komandası inkişafını davam etdirməyə çalışacaqdır.

Bununla belə, komanda rəsmiləri liderlik edən qrupa qayıdacaqları haqqında bəyanatlar verməmişdirlər.

Image alt Image alt Image alt Image alt