Dünən Formula 1 çempionatının Meksikada keçirilən növbəti mərhələsi Red Bull Racing komandasının holland pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb. Lakin, Lyuis Həmiltonun əldə etdiyi dördüncü çempionluq titulu Maksın qələbəsini kölgədə qoyub.

Yarışın başlanğıcı üçqat dünya çempionu üçün o qədər də yaxşı başlamayıb. Startda poulun sahibi Sebastyan Fettelə hücum edən Maks Ferstappen alman pilotu keçməyə müvəffəq olub. İki pilotun mübarizəsindən istifadə edən Həmilton əsas rəqibini keçməyə can atıb və buna müvəffəq olub da. Lakin, Fettelin bolidinin ön qanadının britaniyalının arxa sağ təkərinə təması hər iki pilotu pit-stopa yollanmağa məcbur edib.  

Fettel piti tez tərk etsə də, Həmilton bir qədər ləngiməli olub.

İki pilotun peletonun axırına düşməsi Ferstappeni bir qədər rahatladıb və hollandiyalı sürətli dövrələr vuraraq ikinci yerə yüksələn Valtteri Bottas ilə ara məsafəsini açmağa başlayıb.  10-cu dövrədən sonra təkərləri deşilmiş Karlos Sayns və Felipe Massa pitə yollanıblar.  Bir müddət sonra Rikkardo avtomobilini qaraja çəkməli olub. 

19-cu dövrədə ilk planlaşdırılan pit-stopa yollanan pilot Serxio Peres olub. 

22-ci dövrədə yarışın lideri Maks Ferstappen 19-cu yerdə yarışan çempionatın lideri  Lyuis Həmiltonu dövrəvi sürücü kimi geridə qoyub. Bu zaman isə, Fettel 11-ci yerə yüksəlib.  26-cı dövrədə rekuperasiya sisteminin nasazlığı Niko Hülkenberqi yarışı tərk etməyə məcbur edib. Bu arada Saynsla mübarizə aparan Həmilton ispan pilotun müqavimətini sındırıb.  33-cü dövrədə Rodriges qardaşları trekində virtual təhlükəzilik avtomobili rejimi elan edilib. Bunun səbəbi isə, Hartlinin STR12 boldindəki Renault mühərrikinin ömrünü Helmut Markoya tapşırması oldub.

Deyəsən, Scuderia Toro Rosso və Helmut Markonu keçən həftə komandadan qovulan Daniil Kvyatın ahı tutub. Komandaları ardı-ardına problemlər yaşayan Helmut Markonun keçirdiyi hissləri anlamaq heç də çətin deyildi – çünki liderlik edən Maks da belə problemlə üzləşə bilərdi. Bu səbəbdən də RBR komanda körpüsü ehtiraslarını cilovlaya bilməyən Maksı zaman zaman sakitləşdirməyə çalışırdı.

Beləliklə, VTA rejumindən istifadə edən liderlər, həmçinin Fettel və Həmilton ikinci pit-stoplarını həyata keçiridilər. Ferstappen növbəti qələbəsində doğru getdiyi bir zamanda, hər kəsin diqqəti Fettel və Həmiltonun mübarizəsinə kilidlənmişdir. Həmilton 15-ci yerdə olsa da, onun Meksika Qran Prisində çempionluğunu elan etməsi an məsələsi idi. 

Hətta, Lyuisin xal qazanmaması halında belə, Fettelin ikinci olması şərt idi. Sebastyan qarşısındakı pilotları bir-bir keçsə də, onun yarışı ikinci olaraq bitirməsi şansı demək olar ki, sıfıra bərabər idi.

Dördüncü yerə yüksəldikdən sonra, komanda ilə əlaqə saxlayan Fettelə onunla üçüncü yerdə gedən komanda yoldaşı arasında 23 saniyə olduğu bildirildi. Artıq ümidlərinin puç olduğunu anlayan Fettelə “mamma mia, bu çoxdur” söyləmək qaldı. Yarışın sonlarına yaxın Renault komandası növbəti fiasko ilə üzləşdi – Karlos Sayns da mühərrik problemi yaşayaraq yarışı tərk etdi. Dörd dövrə bundan əvvəl isə, Sauber pilotu Erikssonun xal qazanmaq şansını Ferrari mühərriki yandırdı. Yarışın ən gözəl anı isə, dünya çempionları Fernando Alonso ilə Lyuis Həmiltonun mübarizəsi oldu.

Beləliklə, Spa Frankorşampsda ilk noqdaununu alan və Monzada nokauta düşən Ferrari, Sinqapurdakı fiaskodan sonra özünə gəlməyən Ferrari komandası növbəti dəfə azarkeşlərini məyus etdi. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt