Bu gün Mercedes komandası rəsmi olaraq W08 indeksli yeni bolidini təqdim etmişdir. Avtomobilin təqdimat mərasimi Silverstounda keçirilmiş, həmçinin komandanın rəsmi saytı və YouTube kanalındakı səhifəsində canlı olaraq yayınlanmışdır.

Qeyd etmək lazımdır ki, Mercedes ilk dəfə olaraq panoram kameradan istifadə etməklə tamaşıçılara istənilən görüntü bucağını seçməyə şərait yaratmışdır. 

Təqdimatın başlanmasına bir neçə saat qalmış Lyuis Həmilton və Valteri Bottas avtomobillə trekdə dövrə vurmuşdurlar. Bu günə qədər təqdim edilmiş avtomobillər nisbətən W08 düşünülmüş dizayn həlləri ilə seçilir. Misal üçün, onun «akula üzgəci» daha sliqəli və lakonik təsir bağışlayır. Avtomobilin arxa hissəsi də yığcam alınmışdır ki, bu da bolidin zahiri görkəminə effektivlik bəxş edir.

Avtomobilin rəng sxemi dəyişməsə də, almanlar bolidin yan tərəflərinə firuzəyi-mavi zolaqlar əlavə etmişdirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt