Beləliklə, çoxsaylı azərbaycanlı Formula 1 azarkeşlərinin səbirsizliklə gözlədiyi üç günlük möhtəşəm avtoidman yarışı bayramı sona çatdı. Mercedes-AMG komandasının alman pilotu Niko Rosberq Bakı trekinin yenicə başlayan tarixinə öz adını yazmış oldu. İlk poul-pozişn, ilk qələbə, ən sürətli dövrə, ilk dövrədən damalı bayrağa kimi liderlik – bunların hamısını edən pilot məhz Niko Rosberq oldu. Formula 1 azarkeşlərinin də bildiyi kimi, belə nəticələrə nail olan pilota “Böyük Dəbliqə” əldə etmiş pilot deyilir.

Ümumiyyətlə, sərbəst yürüşlərdən başlayaraq Mercedes pilotlarının Bakı trekində rəqabətdən kənar olacaqları heç kim üçün sirr deyildi. Trekimizin quruluşu bir çoxlarına sadə görünsədə, bu həftəsonu belə düşünənlərə həyəcanlı anlar bol olan sərbəst yürüşlər və sıralama turları ilə gözəl şəkildə cavab verilmiş oldu.

Məşhur Formula 1 treklərinin yaradıcısı olduğu Hermann Tilkenin əsəri olan Bakı Şəhər Halqası, ilk baxışdan göründüyü kimi asan olmadığını və pilotların mühəkkəb bir treklə qarşı-qarşıya qaldığı bir trek olduğunu hər kəsə sübut etmiş oldu.

Həttə, ilk zamanlar trekə biganə münasibətini bildirən dünya çempionu Lyuis Həmilton sonradan trekimizin, pilotdan cəsarət və yüksək diqqət tələb edən bir yarış məkanının olduğunu etiraf etməli oldu. Ən maraqlısı da odur ki, Bakı trekində ən çox səhv buraxan pilot məhz elə Həmilton özü idi.

Sıralama turlarında səhv buraxaraq poul uğrunda mübarizədən kənarda qalan Həmiltonun 10-cu cərgədən start alması onun komanda yoldaşının işini asanlaşdırmış oldu.

İlk sıralarda start alan pilotların Rosberqlə mübarizə aparmaq şanslarının olmaması, sonunda Nikonun ikinci yeri tutmuş Ferrari pilotu Sebastyan Fetteldən 16 saniyəlik fərqlə finiş görməsi ilə tamamlandı.

Avropa Qran Prisində uğurla çıxış etmiş digər bir pilotun da Serxio Peres olduğunu da söyləmək mümkündür.

Sərbəst yürüşlərdə qəzaya uğrayan, sıralamalarda 5 yer itirən meksikalı pilot podiumun üçüncü pilləsinə qalxmağa müəssər oldu. 

Yarış çoxlarının gözlədiyinin əksinə, xırda insidentləri nəzərə almasaq, qəzasız şəraitdə başa çatdı. Yarışı pouldan başlayan Rosberq Rikkardonun hücumlarında uğurla müdafiə olunaraq liderliyini qoruyub saxlamağa müvəffəq oldu.

Bir müddət sonda Sebastyan Fettel hücum edərək ikinci yeri Dəniel Rikkardonun əldindən almış oldu.  Yeddinci yerdən start alan Peres iki pillə irəliləmiş oldu. İkinci dövrədə bolidi ilə problem yaşayan Kvyat Bottas, Həmilton və Qrojana keçilmiş oldu.

SuperSoft  təkərləri ilə start almış pilotlar 7-ci dövrədən başlayaraq pit-stopa gedərək Soft təkərlərinə keçid etmiş oldular. SuperSoft təkərləri ilə ən çox dövrə vuran pilotlardan biri isə yarışın lideri Niko Rosberq oldu.

Yarış təşkilatçılara xoşagəlməz anlar da yaşatmış oldu – trekdə uçan plastik paket Ferrari boldinin ön asqısına dolanaraq bir müddət Vettel üçün problem yaratdı. Xöşbəxtlikdən bu plastik bolidin soyutma sisteminə, ən əsası da pilotun dəbliqəsinə yapışmadı. Əks halda baş verəcək qəza təşkilatçılara baha başa gələ bilrədi. Yarışın ilk hissəsində hücumları və ötmələri ilə yadda qalmış Rəykkonen pitə giriş xəttini üzərindən keçdiyinə görə 5 saniyə cəza aldı və beləliklə üçüncülük şansından məhrum oldu. Yarışın sonlarında onu ötməyi bacaran Peres bu cəzanın köməyi olmadan üçüncü yerə yüksəlmiş oldu.

Adətən şəhər tipli treklərdə keçirilən yarışların darıxdırıcı olmasına baxmayaraq, Bakıda keçirilmiş yarış bunun əksinə olaraq çox maraqlı keçdi. Təəssüflər olsun ki, biletləri almış bir çox tamaşaçı Formula 1 pilotlarının möhtəşəm mübarizəsini izləmək əvəzinə, axşam yarışdan sonra keçiriləcək konsertə getməyi üstün tutdular.Mənim fikrimcə bunun əsas səbəbini təşkilatçıların apardığı təbliğat kampaniyasında axtarmaq lazımdır – onlar diqqəti Formula 1 yarışlarından çox Uilyams-Braun-İqlesias üçlüyünün konsertinə yönəltmişdirlər. Elə sıralama turlarındakı və yarışdakı tam dolmayan tribunalar bunu əks etdirirdi.

İstənilən halda, fürsətdən istifadə edib damarlarında qan əvəzinə benzin axan hər bir əsl Formula 1 azarkeşini bu möhtəşəm bayram münasibəti ilə təbrik etmək istəyirəm. Həqiqətən də, möhtəşəm alınmış trekimiz və yüksək səviyyəli hazırlıqlı marşallar və könüllülər komandası bu yarışın əla səviyyədə keçirilməsinə təminat yaratdılar.

Avropa Qran Prisindən sonra Niko Rosberq 141 xalla pilotlar çempionatındakı liderliyini sürdürməyə davam edir. Onu 24 xal geridə qalan komanda yoldaşı Lyuis Həmilton təqib edir.Üçüncü yerdə 96 xal toplamış Sebastyan Fettel yerləşmişdir. Konstruktorlar kubokunda Mercedes 258 xalla ilk yeri tutur. Ferrari 117 xalla ikinci, Red Bull isə 140 xalla üçüncüdür.

Çempionatın növbəti mərhələsi 1-3 iyul tarixlərində Avstriyanın Şpilberq şəhərinin yaxınlarında yerləşən Red Bull Ring trekində keçiriləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt