Formula 1 çempionatını bir mərhələsi də geridə qaldı. Bu gün biz həyəcan və gərgin anlarla bol olan Avstriya Qran Prisini izlədik. Artıq bir çoxlarının adət etdiyi kimi, bu dəfə də qələbə Mercedes komandasının pilotuna qismət oldu. Yarışın son dövrəsində liderlik edən komanda yoldaşı Niko Rosberqə hücum edən Həmilton, Rosberqin fədakarcasına müdafiə olunmasına rəğmən, qələbəni əldə etmiş oldu.

Yarışın startı hadisəsiz ötüşsə də, ilk cərgədən yarışı başlayan Hülkenberq çox zəif başlanğıc edərək geriyə düşmüş oldu. Yaxşı start almış Censon Batton bir müddət Kimi Rəykkoneni yavaşladaraq Həmiltonun aranı açmasına yardım etdi. Bu arada 6-cı yerdən start alan Rosberq Rikkardonu keçmış oldu. Ən maraqlısı isə, Həmilton və onu təqib edən Rəykkonenin ilk pit-stoplarını maksimal olaraq gec həyata keçirmək planları oldu.

Pirellinin tövsiyyələrinin əksinə, Həmilton yalnız 21-ci dövrədən sonra pit-stopa getmiş oldu. Pit-stopda ön təkərlə problem yaşayan britaniyalı 11-ci dövrədə pit-stop edən komanda yoldaşının arxasına düşmüş oldu.

Qeyri-stabil hava şəraiti onsuz da bu mövsümdə parlaq qərarları ilə seçilməyən Ferrari strateqlərini daha bir yanlış addım atmağa vadar etdi. Onlar Pirelli nümayəndələrinin tövsiyələrinin əksinə, SuperSoft şinlərində start almış Fetteli trekdə 27 dövrə saxlayaraq, yarışa liderlik edən pilotu təhlükəyə atmış oldular. Start-finiş düzlüyündə ömrünü Ferrari strateqlərinə tapşıran sağ arxa təkər Fettelin bolidinin baryerə dəyərək düzlüyün sonunda dayanmasına səbəb oldu.

Yarışın rəhbərliyi bu hadisənin nəticələrinin aradan qaldırılması üçün təhlükəsizlik avtomobilini trekə burxmaq qərarına gəldi. Start-finiş düzlüyündə olan qırıntıların yığışdırılmasını təmin etmək üçün təhlükəsizlik avtomobili bolidləri pitdən keçirməyə məcbur oldu. Bu hadisədən ən çox yararlanan pilot Lyuis Həmilton oldu - komanda yoldaşı ilə ara məsafəsinin ləğv olması britaniyalı pilotun gələcək qələbəsini təmin edən faktor oldu.

Yarışın restartından sonra liderliyi qoruyub-saxlayan Rosberq ilk zamanlarda Həmiltonla aranı açamğı bacarsa da, sonradan etdiyi səhvlər nəticəsində britaniyalını yaxına buraxmış oldu. Ən maraqlısı isə 55-ci dövrədə Həmiltonun pit-stopa çağırılması oldu - hərçənd ki, Lyuis Nikoya nisbətən daha az dövrə vurmuş Soft təkərlərində idi. Həmiltonin ikinci pit-stopu da problemsiz ötüşmədi. Komanda yoldaşından bir dövrə sonra pit-stopa girən Rosberq bu dəfə də Həmiltonun önündə qalmağı bacardı. Bu arada Həmilton üçün Soft təkərlərini seçən komanda Rosberqin bolidinə SuperSoft təkərlərini taxmış oldu.

Öz növbəsində komandanın seçimi Həmiltonu bir qədər təəccübləndirmiş və çox güman ki, hiddətləndirmiş oldu. Onun radio vasitəsi ilə komandaya yönəltdiyi sual bunun göstəricisi idi. Lakin, Həmilton əyləc sistemi ilə problemlər yaşayan Rosberqlə olan ara məsafəsini azaldıb ona hücum etmək şansını əldə etdi və bu şansadan da istifadə etmiş oldu.

Sonuncü dövrədə təmas yaşayan Mercedes bolidləri alman komandasını dubldan etmiş oldu və Toto Volfun əsəbi şəkildə yumruğunu masaya vurması ilə yadda qaldı.

Ön spoyleri qırılan Rosberq Maks Ferstappenin və Kimi Rəykkonenin ardınca dördüncü yerdə finiş görmüş oldu. Buna baxmayaraq, alman pilotun hərəkəti yarışın stüardları tərəfindən tədqiqata götrüldü və Rosberqin cəza almaq ehtimalı çox yüksəkdir. Censon Batton ilk dəfə 6-ci yerdə finiş görərək bu mövsümdəki ən yaxşı nəticəsini göstərmiş oldu. Paskal Verlyayn da 10-cu yerdə yarışı bitirərək Manor komandasına ilk xalını qazandırmış oldu.

Beləliklə, Avstriya Qran Prisindən sonra pilotlar çempionatına əvvəlki kimi Niko Rosberq (153 xal) başçılıq edir. Onu 142 xalla komanda yoldaşı Həmilton və 96 xalla Fettel-Rəykkonen cütlüyü təqib edir. Konstruktorlar çempionatında da vəziyyət dəyişilkməz qalır - Mercedes, Ferrai və Red Bull ilk üç yeri bölüşdürürlər. Bu ilki mövsümün növbəti onuncu mərhələsi gələn həftə Böyük Britaniyanın Silverstoun trekində keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt