Mercedes-Benz komandasının britaniyalı pilotu Lyuis Həmilton şənbə günü Sepanq (Malaziya) avtodromunda keçirilmiş təsnifat mərhələsinin qalibi olmuşdur. Təsnifat mərhələsinin ilk hissəsində Həmiltonun asanlıqla poulu qazanacağı görünürdü.

İlk hissədə birinci cəhddən yaxşı vaxt göstərməyə müvəffəq olmayan Ferrari pilotları və Red Bull Racing komandasının gənc pilotu Maks Ferstappen yenidən trekə çıxaraq vaxtlarını yeniləməyə məcbur oldular. Kimi Rəykkonen, Sebastyan Fettel və Maks Ferstappen asanlıqla ikinci seqmentə keçsələr də, Markus Eriksson, Felipe Nasr, Colion Palmer, Esteban Okon, Paskal Verlyayn və Fernando Alonso təsnifatı ilk tərk edən pilotlar oldular. Avropa Qran Prisinin səfiri olan Fernando Alonso bir sıra dəyişikliklərə görə 45 yerlik cəzadan sonra, təsnifatın o qədər də əhəmiyyət kəsb etdiyini hesab edərək şinlərini qorumaq qərarına gəlmişdir. İkinci seqmentin əvvəlində Lyüis Həmilton 1:33,046 zaman göstərərək rəqiblərinə ilk ciddi zərbəni vurmuş oldu.

Həmiltonun yeganə rəqibi və komanda yoldaşı Niko Rosberq ondan 0,6 saniyə geri qalsa da, Red Bull Racing və Ferrari pilotlarını liderdən 0,1 saniyədən 0,3 saniyəyə qədər vaxt ayırırdı.

Bu üçüncü seqmentdə maraqlı mübarizə olacağından xəbər verirdi. Beləeliklə, ikinci seqmentdə təsnifat mərhələsini tərk edən pilotlar Valteri Bottas, Romen Qrojan, Esteban Qutyerres, Kevin Maqnussen, Daniil Kvyat və Karlos Sayns oldu. Final seqmentdə Həmilton inanılmaz 1:32,850 zamanladövrəni başa vurasa da, Rosberq altıncı döngədə buraxdığı səhv ucbatından Ferstappen, Rikkardo və Rəykkonendən sonta beşinci ola bildi.

İkinci cəhddən ikinci sıraya yüksələn alman pilot komanda yoldaşına lazımi müqavimət göstərə bilmədi. Red Bull Racing komandasının gənc pilotu Maks Ferstappen üçüncü nəticə göstərərək Rikkardo, Fettel və Rəykkoneni arxada qoymuş oldu.

İlk onluğa daxil olan pilotlar belə sıralanmışdırlar: Serxio Peres, Niko Hülkenberq, Censon Batton və Felipe Massa.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt