Bakıda keçirilən Avropa Qran Prisi maraqlı bir rekordla yadda qalıb .Formula 1 Azərbaycanda (F-1.az) saytı Williams komandasnın növbəti pit-stop uğuru haqqında məlumat yaymışdır. Xatırladaq ki, Britaniya komandasının üzvləri mövsümün əvvəlindən bu yana olan bütün yarışlarda ən sürətli pit-stop edən mexaniklərdir.

Bakıda keçirilən mövsümün 8-ci yarışında isə komanda Felipe Massanın pit-stopunu 1,92 saniyədə reallaşdıraraq  Red Bull-un 2013-cü ildə ABŞ Qran Prisindəki pit-stop nəticəsini üstələyib və yeni rekord müəyyən edib. Lakin, komanda nümayəndələri bu rəqəmin 1,89 saniyə olduğunu iddia etsələr də, rəcmi qaynaqlar ilkin versiyaya üstünlük vermişdirlər.

Eyni zamanda bildirmək istərdik ki, Williams komandasının Finlandiyalı pilotu Valteri Bottas Bakı trekində ən yüksək sürətlə hərəkət edən pilot olmuşdur.

O, Bakı Şəhər Halqasındakı start/finiş düzlüyündə 366,1 km/saat (qeyri-rəsmi məlumatlara görə - 378 km/saat) sürətini göstərmişdir.