Renault komandasının alman pilotu Niko Hülkenberq Sinqapur Qran Prisini unikal dizayna malik olan dəbliqədə keçirəcək.

Dəbliqənin dizaynı tünd çalarlarda tərtib edilmiş və alman pilotun bu mövsümdə çıxış etdiyi ənənəvi qırmızı və ağ zolaqlardan məhrumdur. Bərq vuran elementlər sayəsində Hülkenberq Sinqapurda keçiriləcək gecə yarışında gözdən itməyəcəkdir.

Bir neçə il bundan öncə, bənzər üslubu Sebastyan Fettel də sınamışdı. Qeyd etmək lazımdır ki, hər iki pilot dizayner Yens Munzerlə əməkdaşlıq edir. Dəbliqə məşhur Schuberth şirkəti tərəfindən hazırlanmışdır.