Barselonadakı testlərə bir həftə qalmış Red Bull Racing komandasının 2018-ci il mövsümündə yarışacağı RB14 bolidini təqdim etdiyi barədə xəbər vermişdik. Həmin gün avtomobil Silverstoun trekində keçirilən reklam çəkilişlərində iştirak edib.

Son bir neçə il ərzində Ditrix Mateşitsin yetirmələri təqdimat mərasimini son məqamda keçirməyə üstünlük verirdilərsə, 2018-ci ildə onlar işi uzatmayaraq Haas və Williams komandalarından sonra, növbəti mövsümdə yarışacağı avtomobili təqdim edən üçüncü komanda olub.

Hələlik avtomobil xüsusi livreyada təqdim edilib. Komandanın mətbuat xidmətinin bildirdiyinə görə, avtomobilin əsl döyüş livreyası gələn həftə Barselonada nümayiş etdiriləcəkdir. Silverstounda RB14 bolidinin sükanı arxasına avstraliyalı pilot Daniel Rikkardo keçib. Yeni Renault mühərrikinin səsini dinləməyi təklif edirik.