Daniel Rikkardonun Azərbaycan Qran Prisi çərçivəsində həyata keçirdiyi inanılmaz ötmə Formula 1 azarkeşləri tərəfindən «İlin ötməsi» seçilib.

Xatırladaq ki, Daniel Rikkardonun Azərbaycan Qran Prisi çərçivəsində bazar günü keçirilən yarışda həyata keçirdiyi üçlü ötmə, onun Bakıdakı yarışın qalibi olmasının təməlini qoyan manevrlərdən olub. Dünyanın müxtəlif ölkələrindən olan Formula 1 azarkeşləri ilin ən gözəl manevrinin seçilməsində iştirak ediblər. 

Seçim çətin olsa da, sonunda Rikkardonun Bakıdakı trekin start-finiş düzlüyünün axırında bir manevrlə Renault pilotu Niko Hülkenberqi və Willimas pilotları Lens Strollu və Felipe Massanı keçməsi ilin ən gözəl ötməsi seçilib. Artıq bu barədə çempionatın rəsmi saytında məlumat da dərc edilib.