Scuderia Ferrari komandasının alman pilotu Sebastyan Fettel onuncu dəfə keçirilən Sinqapur Qran Prisinin təsnifat mərhələsinin qalibi olub. Bu Fettelin 2017-ci il mövsümündə əldə etdiyi üçüncü pouludur.

Cümə və şənbə günü keçirilmiş sərbəst yürüşlər, poul uğrunda mübarizənin Red Bull, Ferrari və Mercedes pilotları arasında gedəcəyindən xəbərə verirdi. Əsasən də Red Bull Racing komandasının pilotları günün favorit sayılırdılar.

Sıralama sessiyasının ilk bölümü Red Bull komandasının bu həftəsonu  əla formada olduğunu bir daha təsdiq etdi. Maks Ferstappen və Dəniel Rikkardo 0,053 aralıqla ilk sıranı zəbt etdilər. Pilotlar birinciliyinin lideri Lyuis Həmilton isə, onlardan 0,4 saniyə geridə qalmışdı. Fernando Alonso sürprizə imza ataraq üçüncü nəticəni göstərdi. İspan pilotdan sonrakı yerləri həmyerlisi Karlos Sayns və komanda yoldaşı Stoffel Vandorn tutdular.

Lakin, əsas hadisələr hələ öndə idi.

Sıralama sessiyasının ilk bölümü Red Bull komandasının bu həftəsonu  əla formada olduğunu bir daha təsdiq etdi. Maks Ferstappen və Dəniel Rikkardo 0,053 aralıqla ilk sıranı zəbt etdilər. Pilotlar birinciliyinin lideri Lyuis Həmilton isə, onlardan 0,4 saniyə geridə qalmışdı.

Fernando Alonso sürprizə imza ataraq üçüncü nəticəni göstərdi. İspan pilotdan sonrakı yerləri həmyerlisi Karlos Sayns və komanda yoldaşı Stoffel Vandorn tutdular. Lakin, əsas hadisələr hələ öndə idi. İlk 18 dəqiqədən sonra, sıralama Williams və Sauber komandasının pilotları üçün başa çatdı.

Onlarla yanaşı Haas komandasının pilotu Kevin Maqnussen də sıralama sessiyasını tərk etməli oldu. Sabahkı start düzülüşündə son sıra ənənəvi olaraq Sauber pilotlarına qismət olub. Bununla belə, Paskal Verlyayn növbəti dəfə Markus Erikssonu üstələməyə müvəffəq olub.

Əgər gənc Stroll üçün 18 nəticə anlaşılandırsa, təcrübəli Massanın bu qədər geridə qalması bir qədər təəccüb doğurur. Qeyd etmək lazımdır ki, braziliyalı veteran ilk cəhdində arxa təkərini divara çırparaq partlatmışdı. Təmirdən sonra trekə qayıdan Felipe yalnız 17-ci nəticəni göstərə bildi.

Sıralamalardan öncə, ikinci seqmentdə Mercedes və Ferrari pilotlarının mühərriklərinin «möcüzəli» rejimini işə salaraq Red Bull pilotlarını arxada qoyacaqları söylənilirdi. Lakin, gözlənilən baş vermədi - ikinci seqmentdə də «Qırmızı öküzlər» Ştutqart və Maranellodan olan rəqiblərini «buynuzlarına qaldırdılar». Maks Ferstappen dövrəni 1.40,322 zamanla başa vuraraq Marina-Bey trekinin yeni rekorduna imza atdı.

Əsas mübarizə orta qrupda olan komandalar arasında gedirdi - ilk onluğa düşmək üçün McLaren, Renault və Toro Rosso pilotları əllərindən gələni etmək məcburiyyətindı idilər. İkinci seqmentin sonunda sıralamanı tərk edənlər Colion Palmer, Serxio Peres, Daniil Kvyat, Esteban Okon və Romen Qrojan oldu. Alonso və Vandorn, Niko Hülkenberq və Karlos Sayns final seqmentə adlamağa müvəffəq oldular.

Final seqmentin ilk hissəsində Ferstappen sürətli dövrə vuraraq hər iki Mercedes pilotunu, Kimi Rəykkoneni və komanda yoldaşı Dəniel Rikkardonu üstələsə də, bu ona Sebastyan Fettelin qarşısını almağa kömək etmədi - alman pilot 1.39,669 zamana imza ataraq aralıq poulu əldə etdi. Final seqmentin ikinci hissəsində pilotlar vaxtlarını yaxşılaşdırmaq istəsələr də buna nail ola bilmədilər. Əlbəttə ki, Sebastyan Fetteldən başqa - alman pilot sürətlənərək öz zamanını yaxşılaşdırdı.

O dövrəni 1,39,491 zamanla tamamladı. Ferstappen ikinci qalsa da, alman pilota 0,323 saniyə, üçüncü yerin sahibi Rikkardo isə 0,349 saniyə uduzmuş oldu.

Kimi Rəykkonen isə komanda yoldaşınının uğurlu çıxışına dəstək verə bilmədi və sabahkı yarışı dördüncü yerdən başlayacaq.

Mercedes komandasının rəhbərliyinin üzündəki ifadə çox şeydən xəbər verirdi - bu dəfə fəlakət yaşamaq onların payına düşmüşdü. Heç Kristian Hornerində üzündə də təbəssüm görmək mümkün deyildi - çox güman ki, Kristian sıralamadan öncə poulun onların cibində olacağından çox əmindi.

Beləliklə, sabahı yarışın ilk onluğu belə sıralanıb: Fettel, Ferstappen, Rikkardo, Rəykkonen, Həmilton, Bottas, Hülkenberq, Alonso, Vandorn və Sayns.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt