Gələn mövsümdən başlayaraq, FİA, bu gün Formula 1 avtomobillərində geniş istifadə edilən bir neçə aerodinamik elementi qadağan etməyi planlaşdırır.

İlk növbədə söhbət "akula üzgəclərinə" quraşdırılna T-şəkilli və diffuzor zonasında olan Monkey Seat (Meynun oturacağı) adlandıırılan antiqanadlardan gedir. İlkin olaraq, kapotun üzərində olan "üzgəcləri" qadağan etmək istəsələr də, sonradan onları saxlamaq qərarına gəliblər. Əsas səbəb - iqtisadi səbəbdir. Üzgəclər avtomobillərdəki reklam yerlərini genişlətmək imkanı veriblər, üstəlik burada pilotun adı və nömrəsi yazılması planlaşdırılır.