Forbes nəşrinin bildirdiyinə görə, yaxın vaxtlarda Formula 1 rəhbərliyi Vyetnam Qran Prisini 2020-ci il təqviminə daxil etdiyi barədə bəyanat verəcəkdir.

Hələ bir neçə il bundan öncə, Berni Ekklstoun Vyetnamın 8 milyonluq əhalisi olan ən iri şəhəri Xoşimində yarışın keçirilməsi üçün müqavilənin bağlanmasına yaxın idi.

Lakin, bu plandan imtina edilmişdir. Çempionatın promouterləri Asiya qitəsində keçirilən yarışların çox olduqlarını bildirmişdirlər. Yarış təqvimindən Malaziya Qran Prisinin çıxarılmasından sonra Vyetnam Qran Prisinin promouterləri Liberty Media rəhbərliyi ilə görüşüblər.

Vyetnamın paytaxtı Hanoyun küçələrində keçiriləcək yarış 2020-ci ildə baş tutacaqdır.