Çinin Gelley şirkəti Emgrand modelini növbəti dəfə yeniləyib. Xatırladaq ki, sonuncu dəfə bu model 2019-cu ildə yenilənmişdi. Yenilənmiş Emgrand yenə də yeni bamperlərə sahib olub. Ön bamper bu dəfə daha "təmizdir", azaldılmış elementlər dəsti və kənarları boyunca şaquli "dişlərə" malikir. Arxa bamperdə isə, əksinə, əlavə işləmələr və reflektorlar peyda olub. Radiator barmaqlığının konsentrik naxışını, artıq şaquli çubuqları olan "şəlalə" əvəzləyib. Həmçinin təkər diskləri və arxa diod işıqlarının naxışı da dəyişdirilib.

Image alt Image alt Image alt

Salonda köklü dəyişiklik yoxdur. Dəyişdirilmiş media sistemi əvvəlki kimi səkkiz düymlük ekranla təchiz olunsa da, ayrıca "qaynar" düymələrdən məhrum edilib. Zəngin təchizat səviyyələrində interyerin ikirəngli tərtibatı təklif edilir. Güc aqreqatları eynidır: aspirasiya olunmuş beş pilləli mexaniki transmissiya və ya variatorla birlikdə çalışan 109 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki, habelə yalnız mexaniki ötürmələr qutusu ilə təchiz edilən 133 at qüvvəli 1,8-litrlik aqreqat.

Eyni zamanda, Geely Emgrand GL sedanı da modernləşdirilib. Maraqlıdır ki, bu modelin son modernləşdirilməsi bu ilin martında baş verib. Beləliklə, bu dəfə dəyişikliklərin həcmi olduqca cüzidir. Məsələn, eksteryerdə yalnız alt hissəsini itirmiş radiator barmaqlığı dəyişdirilib. Bütün işıq cihazları artıq işıqdiodlarından hazırlanır.

Image alt Image alt Image alt

Emgrand GL sedanı da ikirəngli interyerə sahib ola bilər. Nəhayət, sedanın elektron köməkçilər kompleksi də yenilənib. GL indeksli sedan mexaniki transmissiya ya da variatorla tandemdə çalışan 141 at qüvvəli 1,4-litrlik turbomühərrik, habelə Volvo ilə birlikdə hazırlanmış 177 at qüvvəsi hasil edən 1,5-litrlik üçsilindrli turbomühərrik və yeddi pilləli "robot" ilə təklif edilir.

Yenilənmiş sedanlar yaxın zamanlarda Çindəki diler mərkəzlərində peyda olacaqlar. Çində birinci nəsil Geely Emgrand modeli 10.700, daha müasir Emgrand GL isə 11.900 dollardan başlayan qiymətlər ilə satılır.