Genesis markası öz model xəttində ikinci krossover olan GV70 modelinin şəkillərini dərc edib. Şəkillərdəki avtomobilin nəinki eksteryer dizaynı, həmçinin interyer dizaynı da açıqlanıb. Yeni krossoverin tam ölçülü debütü 2020-ci ilin sonuna qədər baş tutmalıdır.

Genesis GV70 krossoveri bu yaxınlarda təqdim olunan G70 sedanının platformasında inşa edilib. Krossover üçün bir neçə güc aqreqatı bəyann edilib: Theta III ailəsindən olan 304 at qüvvəli 2,5-litrlik benzin mühərriki və 380 at qüvvəli 3,5-litrlik V6 mühərriki. Alternativ olaraq, 210 at qüvvəli 2,2-litrlik turbodizel də təklif ediləcəkdir. Güc aqreqatları səkkiz pilləli "avtomat" ilə tandemdə çalışacaqdırlar Ötürmə standart olaraq arxa oxadır, lakin əlavə ödəniş ilə tam ötürmə sistemini sifariş etmək olar.

Eksteryer dizaynına gəlincə, krossover koreya markasının korporativ üslubunda dizayna malikdir. Bu üslubun xarakterik xüsusiyyətləri üfüqi yönlü xətləri olan ikimərtəbəli işıq texnikası və qalxan şəkilli beşbucaqlı radiator barmaqlığıdır. Bundan başqa, istehsalçı daha idman görünüşü olan GV70 Sport versiyasını təklif etməyi planlaşdırır. Belə krossover beşinci qapının üzərindəki spoylerə, buraxılış sisteminin iri ölçülü çıxış boruları, aerodinamik cəhətdən inkişaf etdirilmiş bamperlərə və 21-düymlük təkər disklərinə sahib olacaqdır.

Yeni krossoverin interyer dizaynı digər Genesis modellərindən bir qədər fərqlənir. Ön paneldəki mərkəzi yeri, oturacaqların tənzimlənməsi və iqlimə nəzarət sisteminin düymələri yerləşən oval formalı element tutur. Ön panelin üzərində multimedia sisteminin genişformatlı sensorlu ekranı yüksəlir, sükanın arxasında isə rəqəmsal cihazlar paneli mövcuddur. Geniş mərkəzi tuneldə multimedia sisteminin şayba formalı selektoru yerləşdirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hazırda Genesis şirkəti GV70 modelinin sınaqlarını davam etdirir. Testlərdə yüzə yaxın istehsalöncəsi prototiplər iştirak edir. Yeni krossoverin Cənubi Koreyadakı satışlarına 2021-ci ilin əvvəlində başlanmalıdır. Sonradan yeni model digər bazarlarda da təklif ediləcəkdir. Genesis GV70 modelinin əsas rəqibləri BMW X3, Mercedes-Benz GLC və Audi Q5 krossoverləri olacaq.