Bu gün Londonun Kral avtomobil klubunda Haas komandası baş sponsoru Rich Energy markasını və bu mövsümdə istifadə edəcəyi livreyanı təqdim edib.

Kevin Maqnussen ilə Romen Qrojan 2019-cu ilin antiqanadı ilə təchiz edilmiş və yeni livreyaya boyanmış keçən ilki bolidin üzərindəki örtüyü götürüblər. Yeni Haas livreyası qara-qızılı rənglərə malikdir. Vaxtı bənzər rəng sxemini Lotus komandası istifadə edib. Bundan başqa, Haas komandası yeni bolidin VF-19 indeksini acalağını da təsdiq edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt