Bu ilin yazında nümayiş etdirilmiş Haval XY konsept avtomobili demək olar ki, dəyişmədən konveyerə gedib. Konseptin seriya versiyası Haval Monster adlanır və artıq Çin bazarında yeni modelə sifarişlər qəbul olunur. Belə avtomobillər cari ilin dekabr ayından başlayaraq satışa çıxacaqdırlar.

Monster modeli Haval brendinin ikimərtəbəli fənər memarlığını istifadə edən yeni dizayner üslubunda eksteryerə malik olub. Krossoverin digər xüsusiyyətləri arasında haşiyəsiz qapılar və gizlənən qapı tutacaqları var. 

Haval Monster modelinin əsasını, Haval və Wey markalarının avtomobillərinin inşa edildiyi L.E.M.O.N. modul platforması təşkil edir. Firma ierarxiyarında Monster modeli Haval H6 və ya H7 modellərindən yarım pillə yuxarıda yerrləşir. Onun uzunluğu 4780 millimetr, eni - 1890 millimetr, hündürlüyü isə 1675 millimetr təşkil edir. Təkər bazasının ölçüsü 2800 millimetrdir.

Elektronika baxımından yeni model Haval markasının texnoloji bayraqdarı olacaqdır. Yeni model Coffee Intelligent (smartfon və bulud xidmətlərinin köməyi ilə avtomobillə əlaqə yaratmağa imkan verir) və avtomatik zolaq dəyişmək fumksiyasına malik olan adaptiv kruiz-kontrol ilə təchiz edilir. 

Monster modelinin təchiz edildiyi avtoparklayıcı məsafədən idarə olunur və son 50 metrlik yolu yadda saxlayır. Bu həmin yolu geri qayıtmaq üçün istifadə oluna bilər (sıx dayanacaqdan çıxmaq üçün). 

Salon adi tərtibata malikdir: düymələin sayı minimuma endirilib, 12,3-düymlük virtual cihazlar paneli, 14,6-düymlük ekranı olan multimedia sistemi var. Bu ekran vasitəsi ilə, eyni zamanda klimat-kontrolu və avtomobilin digər sistemlərini tənizmləmək olar. Sistem proqram təminatının  “hava” üzərindən yenilənməni dəstəkləyir. Transmissiyanın idarə edilməsinə sağdakı sükanaltı dəstək cavabdehdir.

Satışların başlanğıcında iki benzin versiyası təklif ediləcəkdir. Versiyalardan biri 184 at qüvvəsi və 275 Nm fırlanma anı hasil edən 1,5-litrlik, digəri isə 224 at qüvvəsi və 345 Nm fırlanma anı hasil edən 2.0-litrlik turbomühərrik ilə təchiz olunacaqdır. Hər iki aqreqat iki yaş muftası olan “robot” ilə tandemdə çalışır. Ötürmə - yalnız ön oxadır.

Sonradan həm paralel, həm də ardıcıl rejimdə işləyən L.E.M.O.N. DHT hibrid güc qurğusu da təklif olunacaqdır. Aşağı sürətlərdə ön təkərləri yalnız elektrik mühərriki hərəkətə gətirir, benzin mühərriki isə generator kimi çalışır. Yüksək sürətlərdə isə muftanın köməkliyi ilə daxili yanma mühərriki də elektromotora yardıma gəlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Haval Monster krossoveri həm də Çin markasının model çeşidindəki ən bahalı avtomobildir. Səma İmperatorluğunda Monsterr modelinin qiyməti 21 - 26 min dollar arasında dəyişir. Hibrid versiya isə bir qədər də bahalı olmalıdır. Modelin ixracatı barədə məlumat verilməyib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.